AZ

"Ətrafımızdakı təhlükəsizlik təminatı sistemi işləmir" - Paşinyan sülhə məcbur olduqlarını ETİRAF ETDİ

Azərbaycan prezidenti İlham Əliyevin bu yaxınlarda Ermənistanla bağlı “Biz sülhə həmişəkindən daha yaxınıq” bəyanatından sonra Ermənistanın baş naziri Nikol Paşinyandan da müsbət mesaj gəlib.

Paşinyan “Türkiyə və Azərbaycanla düşmənçiliyə son verməliyik” - deyib.

Sitat.info xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə və Azərbaycanla bağlı ölkəsinə mesaj verib. Paşinyan deyib ki,  Türkiyə və Azərbaycanla düşmənçiliyə son verməyin vaxtıdır.

Paytaxt İrəvanda mətbuat konfransı keçirən Ermənistanın baş naziri regiondakı vəziyyəti Ermənistanla Azərbaycan arasında davam edən sərhədin demarkasiyası ilə bağlı araşdırmalar fonunda dəyərləndirib.

O, vurğulayıb ki, Ermənistan Türkiyə və Azərbaycanla düşmənçiliyi idarə etmək, azaltmaq və bitirmək istəyir: "Ermənistanın ətrafında təhlükəsizlik təminat sisteminin işləmədiyini nəzərə alaraq, biz dinc gündəmi qəbul etdik. Çünki sülhün bərqərar olması ölkəmizin təhlükəsizliyini təmin edə bilər. Sülh gündəmi təhlükəsizlik vasitəsi kimi qəbul edilib". 

Azərbaycanla sərhədin müəyyən edilməsinin Ermənistan üçün təhlükəsizlik təminatları yaratdığını deyən Paşinyan bu sözləri əlavə edib: "Ermənistanın Tavuş bölgəsindən başlayaraq sərhədin işarələnməsi və dirəklərin qoyulması prosesi 90 faiz tamamlanıb. Bu iş irəlilədikcə, təhlükəsizlik təminatlarının formalaşdığına və müharibənin gündəmdən çıxdığına inamımız  daha da güclənir". 

Nərgiz,

Sitat.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12432
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
9148
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8713
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2491
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2187
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1939
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1817
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1641
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1227
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1018
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
772
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
545
Arda Gülər dayanmır, yenə fərqləndi -
500
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
436
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
419
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
416
Arda dubl etdi - VİDEO
411
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
400