AZ

Dieqo Kosta 100-ə yaxın insanı seldən xilas etdi

Tündməcazlığı və sərt xasiyyəti ilə səciyyəvi olan braziliyaəsilli ispaniyalı məşhur hücumçu Dieqo Kosta fədakarlığı ilə gündəmə gəlib.

Arena.az “Cadena Ser” dərgisinə istinadən məlumat verir ki, Kosta Braziliyanın Riu-Qrandi-du-Sul ştatında baş vermiş daşqından dostları ilə birlikdə 100-ə yaxın insan xilas edib.

Mənbənin məlumatına görə, Kosta məşqdən sonra evə qayıdarkən təbii fəlakət səbəbindən köməyə ehtiyacı olan bir dəstə insanı aşkar edib. Kosta bu insaları öz şəxsi hidrosikli ilə təmin edərək, onlara yardım əlini uzadıb. Bundan əlavə, Kosta su nəqliyyat vasitələrinə sahib olan dörd dostunu köməyə çağırıb. 100-ə yaxın insanın seldən xilas edilərək, lazımi köməklik göstərildiyi vurğulanır.

Xatırladaq ki, 35 yaşlı Dieqo Kosta hazırda “Qremio” komandasının futbolçusudur. Veteran futbolçu Avropada Madrid “Atletiko”su və “Çelsi”də oyunu ilə diqqət çəkib. Braziliya millisinə mütəmadi əsasda dəvət almayan Dieqo Kosta seçimini İspaniya yığmasının xeyrinə etməklə o zaman özünə qarşı xeyli düşmən toplamışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
arena.az

1Mənbələr