AZ

Bu bazarda bəzi məhsulların satışına məhdudiyyət qoyuldu - RƏSMİ

Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən “Təbriz (Xırda)” bazarında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları yoxlama keçirib, bazarda sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkar edilib.

Bu barədə Publika.az-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, bazarda süd məhsullarının saxlanması üçün kifayət qədər soyuducularla təmin olunmadığı, satışı həyata keçirilən ət və ət məhsullarının, süd və turşu məhsullarının minimum keyfiyyət və təhlükəsizliyinə dair müşayiətedici sənədlərinin olmadığı, üzərində etiket məlumatları olmayan müxtəlif çeşiddə məhsulların satışının həyata keçirildiyi, işçilərin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.

Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq bazar rəhbəri barəsində inzibati protokol tərtib olunub. Bazar daxilində açıq şəkildə satışı həyata keçirilən süd və turşu məhsulları, o cümlədən ət və ət məhsullarının satışı sahələrində fəaliyyətin dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
167
48
publika.az

10Mənbələr