AZ

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Təbriz

Bakı, 8 may, AZƏRTAC

İranın Təbriz şəhərində nəşr edilən “Tribune Tebriz” qəzetində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 101-ci ildönümü münasibətilə dərc edilən məqalədə qeyd olunub ki, Heydər Əliyev respublikaya rəhbərliyinin birinci dövründə özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, milli özünüdərki təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.

Yazıda vurğulanır ki, Ulu Öndər ikinci dəfə siyasi hakimiyyətə gələndə Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Heydər Əliyev belə bir çətin şəraitdə böyük müdrikliklə xalq-dövlət vəhdətinə nail olaraq mövcud təhlükələri ölkəmizdən uzaqlaşdırmaq üçün milli birlik fəlsəfəsi yaratdı. Xalqın gələcəyə olan ümid və inamı zirvələrə yüksəldi. İnsanlar öz dövlətlərini qorumaq üçün səfərbər oldular.

Məqalədə qeyd edilir ki, Ulu Öndərimizin müəyyən etdiyi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və dövlətimizin yürütdüyü mehriban qonşuluq və səmimi dostluq siyasəti bu gün də real bəhrəsini verir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, suverenliyinin bərpası və yeni geosiyasi vəziyyətin əzmlə qorunması İran İslam Respublikası üçün də xüsusi əhəmiyyət kəsb edən tarixi hadisədir. İki qonşu ölkə arasında əlaqələrin dostluq şəraitində davam etməsi tərəflər üçün strateji əhəmiyyət daşıyır.

Yazının sonunda bildirilir ki, Heydər Əliyevin müəyyən etdiyi siyasi və dövlətçilik ideyaları yüzilliklər boyu Azərbaycan xalqına fayda gətirəcək, xalqı öz dövlətinin ətrafında birləşdirəcək. Tarixi xilaskarlıq missiyası ilə Azərbaycan xalqının qəlbində özünə əbədi heykəl ucaldan Heydər Əliyev humanizm prinsipləri və yüksək insani keyfiyyətləri ilə sevilib və ürəklərə yol tapıb.

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12000
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8600
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
8442
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2358
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2069
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1893
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1773
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1506
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1158
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
937
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
728
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
528
Arda Gülər dayanmır, yenə fərqləndi -
470
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
432
Arda dubl etdi - VİDEO
372
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
368
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
364
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
363