AZ

“Bayer-04” bu dəfə dramatik yox, asan qələbə qazandı

Tur “Leyptsiq”in Zinshaymda qələbəni son anlarda əldən verməsi ilə start götürdü.

“Football-plus.az” xəbər verir ki, “Öküzlər”in 4 oyunluq qələbə seriyası qırıldı.

Bundan başqa, 5-ci pillədəki “Borussiya” da “Leyptsiq”lə xal fərqini 3-ə endirdi. Halbuki Edin Terziç PSJ ilə cavab oyununu düşünərək “Auqsburq”la görüşdə rotasiyaya əl atmışdı. Buna baxmayaraq, Dortmund təmsilçisi rəqibini asanlıqla darmadağın etdi. “Auqsburq” Dortmundda keçirdiyi ardıcıl 6-cı oyundan məğlubiyyətlə ayrıldı. Bavariyalilarin elitada başqa heç bir səfərdə belə uğursuz seriyası yoxdu. Yeri gəlmişkən, bu oyunda həm də Adeyemi 35,36 km/saat sürətlə qaçaraq bundesliqada mövsümün rekordunu yenilədi! Elitadan düşməsi rəsmiləşən “Darmştadt” “Volfsburq”a müqavimət göstərə bilmədisə, Münhenqladbax “Borussiya”sı Bremendə məğlubiyyətdən son anlarda qurtuldu. Bu tur evdə “Frayburq”u yenə bilməyən “Köln”ü artıq elitada yalnız möcüzə saxlaya bilər. Turun mərkəzi oyunu “Mersedes-Bens Arena”da keçirildi. Əla mövsüm keçirən “Ştutqart” bu uğurlarının təsadüfi olmadığını sübut etdi. Düzdü, “Bavariya” həm motivasiyasız idi, həm də “Real”la cavab oyununu düşünürdü. Amma bu, şvabiyalıların əməyini kiçiltməməlidi. Son anlara qədər bərabər səviyyəli oyun getsə də, meydan sahibləri son dəqiqələrdə iki qol vuraraq matçın taleyini həll etdi. Maraqlıdı ki, qələbə qolunun müəllifi olan və “Ştutqart”ın heyətində ilk dəfə fərqlənən 24 yaşlı koreyalı Çon Vu yon məhz “Bavariya”nın yetirməsidi. “Ştutqart” evdə Münhen nəhənginə qarşı 11 oyunluq məğlubiyyət seriyasına son qoydu! Yeri gəlmişkən, “Ştutqart” artıq indidən ötən mövsümdəkindən 34 xal artıq toplayıb! Bu, bundesliqa tarixinin rekordudu. İndiyə qədər bir klubun ardıcıl iki mövsümü arasında bu qədər xal fərqi olmamışdı. Bundan başqa, şvabiyalılar mövsümdəki 21-ci qələbəni bayram etdilər. Komanda daha öncə 21 qələbə həddinə yalnız çempion olduğu mövsümlərdə (1991/92 və 2006/07) çatmışdı.

Bazar günü keçirilən oyunlar məhsuldar alındı. Mövsümün sonlarına yaxın yenə “sürünməyə” başlayan “Union” evdə “Bohum”dan 4 top buraxdı. Bu tura qədər evdə cəmi bir qarşılaşmada məğlub olan “Ayntraxt”ın lider “Bayer-04”ə qarşı necə performans sərgiləyəcəyi maraqla gözlənilirdi. Leverkuzenlilərin bu dəfə qəhrəmanlıq etməsinə və son dəqiqələrdə qollar vurmasına ehtiyac qalmadı. Komanda 5 qol vuraraq rəqibini meydana çıxmağa peşman etdi. “Bayer-04” 32-ci turu da məğlubiyyətsiz tamamlamaqla turnirin növbəti rekordunu yenilədi. Bundan başqa, komanda qollarının sayını 82-yə çatdırdı. Mövsümün sonuna hələ 2 tur qalsa da, bu, indidən klub tarixinin ən yaxşı göstəricisidi!

32-ci tur
Ştutqart – Bavariya 3:1
Stergiu, 29. Çon Vu Yon, 83. Katompa Mvumpa, 90+3 – Keyn, 37-p. (60000)
Ştutqart: Nübel, Stergiu, Anton, Ruo (Mahmud Dahud, 72), İto, Karazor, Ştiller, Levelinq (Katompa Mvumpa, 79), Fürix (Çon Vu Yon, 72), Dəniz Undav (Raymund, 90+2), Girassi.
Bavariya: Noyer, Kimmix (Mazraui, 64), Kim Min Çje, Dayer (Upamekano, 46), Devis, Pavloviç, Gerreyro (Qoretska, 17), Tel (Sane, 72), Çupo-Motinq, Qnabri (Saraqosa, 64), Keyn.

Ayntraxt F – Bayer-04 1:5
Ekitike, 32 – Caka, 12. Şik, 44. Palasios, 58-p. Frimponq, 72. Bonifas, 89-p. (58000)
Bayer-04: Qradetski, Tella (Frimponq, 72), Kossunu, Andrix (Puerta, 83), Tapsoba, Artur (İnkapye, 61), Caka (Ta, 72), Palasios, Y.Hofmann, Hlojek, Şik (Bonifas, 61).

Borussiya D – Auqsburq 5:1
Mukoko, 4; 29. Malen, 20. Roys, 34. F.Nmeça, 64 – Varqas, 32. (81365)
Borussiya D: Kobel, Volf (Salih Özcan, 63), Papadopulos, Zyule, Morey (Şlotterbek, 63), Vatyen, F.Nmeça (Zabitser, 73), Malen (Adeyemi, 63), Roys (Brandt, 66), Bayno-Gittens, Mukoko.

Hoffenhaym – Leyptsiq 1:1
Kramariç, 90 – Şeşko, 38. (25066)
Leyptsiq: Qulaçi, Henrixs, Orban, Lukeba, Raum, Şlager (Zayvald, 16), Aydara (Kampl, 77), Olmo (Simakan, 77), Simons, Openda (Poulsen, 77), Şeşko (Baumqartner, 60).

Verder – Borussiya M 2:2
Voltemade, 45; 65 – Hak, 8. Noyhaus, 90+1-p. (42100)

Union – Bohum 3:4
Vertessen, 59. Bedia, 62. Hollerbax, 74 – Vittek, 16; 31. K.Şlotterbek, 37. F.Hofmann, 70. (22012)

Volfsburq – Darmştadt 3:0
Vimmer, 8. Vind, 10. Çernı, 90+3. (23108)

Haydenhaym – Maynts-05 1:1
Klayndinst, 65 – Burkardt, 36. (15000)

Köln – Frayburq 0:0
(50000)

1. Bayer-04 32 27 5 0 82-23 84
2. Bavariya 32 22 3 7 90-41 69
3. Ştutqart 32 21 4 7 73-39 67
4. Leyptsiq 32 19 6 7 74-36 63
5. Borussiya D 32 17 9 6 64-40 60
6. Ayntraxt F 32 11 12 9 48-47 45
7. Frayburq 32 11 8 13 43-55 41
8. Hoffenhaym 32 11 7 14 56-64 40
9. Auqsburq 32 10 9 13 49-57 39
10. Haydenhaym 32 9 11 12 45-53 38
11. Verder 32 10 8 14 43-52 38
12. Volfsburq 32 10 7 15 40-51 37
13. Borussiya M 32 7 12 13 55-62 33
14. Bohum 32 7 12 13 41-65 33
15. Union 32 8 6 18 29-54 30
16. Maynts-05 32 5 14 13 33-50 29
17. Köln 32 4 12 16 24-54 24
18. Darmştadt 32 3 8 21 30-76 17
Bombardirlər: Keyn (Bavariya) – 36, Girassi (Ştutqart) – 25, Openda (Leyptsiq) – 24, Dəniz Undav (Ştutqart) – 18.
Növbəti turun oyunları mayın 10-12-si aralığında keçiriləcək: Borussiya M – Ayntraxt F, Bohum – Bayer-04, Maynts-05 – Borussiya D, Leyptsiq – Verder, Bavariya – Volfsburq, Köln – Union, Frayburq – Haydenhaym, Darmştadt – Hoffenhaym, Auqsburq – Ştutqart.

Turun rəqəmi
48 – Xabi Alonsonun məğlubedilməz armadasının möhtəşəm seriyası davam edir. “Bayer-04” bu mövsüm keçirdiyi 48-ci rəsmi oyunda da məğlub olmadı (40 qələbə, 8 heç-heçə). Bununla da leverkuzenlilər avrokuboklarda çıxış edən klublar arasında “Benfika”ya məxsus olan rekordu təkrarladılar. Lissabon nəhəngi 1963-cü il dekabrın 22-dən 1965-ci il fevralın 7-nə qədər ardıcıl 48 rəsmi matçda uduzmamışdı. Bu da o deməkdi ki, “Bayer-04” növbəti oyunda da uduzmayacağı təqdirdə bu göstəricidə Avropa rekordçusu olacaq.

Turun ulduzu
Marko Roys (Borussiya D) – oyundan bir gün öncə mövsümün sonunda ayrılacağını açıqlayan “Borussiya”nın əfsanəsi “Auqsburq”la qarşılaşmada 1 qol, 2 məhsuldar ötürməlik mükəmməl performans sərgilədi. Halbuki buna qədər Roysun cari mövsümdə həm qol vurduğu, həm də məhsuldar ötürmə verdiyi oyun olmamışdı. 34 yaş 339 günlüyündə o, son 5 ildə bir bundesliqa matçında 3 qolda yaxından iştirak edən ən yaşlı futbolçu oldu. Roys ümumilikdə “arılar”ın heyətində 425-ci oyunda 169-cu qolunu vurdu. O, bundesliqa yaranandan, yəni 1963-cü ildən bəri klub tarixinin ən məhsuldar oyunçusudu. Amma “Borussiya” yaranandan bəri olan siyahıda Roys yalnız Alfred Praysslerdən (177) geri qalır.

Turun sitatı
Maks Eberl, “Bavariya”nın idman direktou:
“Ştutqart”la oyunda tam təsadüfən Yoahim Lövlə görüşdüm. Bu, əvvəlcədən planlaşdırılmış bir şey deyildi. Təbii ki, onunla bir qədər söhbət edib işləri ilə maraqlandım. Başqa heç nə haqda danışmadıq. Bu mövzuda fikrini daha öncə konkret bizə bildirib və bizim üçün bu məsələ bağlıdı. Kimsə “Bavariya”nı çalışdırmaq istəmədiyini deyirsə, deməli, həqiqətən bu klubda çalışmaq istəmir. Bizə yalnız “Bavariya”da işləməkdə maraqlı olan məşqçilər lazımdı”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13516
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10782
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9008
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2866
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2416
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2183
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2027
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1825
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1631
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1510
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
962
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
737
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
663
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
632
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
602
Azərbaycan nefti ucuzlaşdı
582
Arda Gülər dayanmır, yenə fərqləndi -
578
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
573