AZ

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz SAXLANILDI - FOTO/VİDEO 

Sumqayıt Şəhər Polis İdarəsi 5-ci Polis Bölməsinin əməkdaşlarının vətəndaşlardan daxil olan müraciətlər əsasında keçirdikləri tədbirlərlə özünü qazi kimi təqdim edərək dələduzluq əməlləri törtətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Elşad Nağıyev saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onun Sumqayıt şəhəri ərazisində yaşayan iki Vətən müharibəsi qazisini guya həmin şəxslərə dövlət tərəfindən növbəsiz avtomobil almaqda köməklik göstərəcəyi vədi verərək zərərçəkənlərin müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirdiyi məlum olub.
Araşdırmalarla saxlanılan şəxsin Vətən müharibəsi iştirakçısı və ya qazisi olmadığı məlum olub.

E.Nağıyev barəsində araşdırmalar davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.
 



Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
43
bizim.media

10Mənbələr