AZ

“Yaradanın adını siyasi kapitala çevirməyin”- Paşinyanın silahdaşı erməni keşişi ittiham etdi

“Yaradanın adını siyasi kapitala çevirmək, yumşaq desək, Yaradana xoş olan bir iş deyil”.

“AzPolitika” erməni KİV-lərinə istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim partiyadan olan vitse-spikeri Ruben Rubinyan öz “Facebook” səhifəsində yazıb. 

O, Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının arxiyepiskop Mikael Adjapaxyana müraciət edib və İncildən misal çəkib: ““Rəbbin adını boş yerə çəkməyin, çünki Rəbb Onun adını boş yerə çəkəni cəzasız qoymayacaq”(üçüncü əmr). “Bu hərəkatı Yaradan idarə edir” – bunu isə müxalifətin yürüşünə çıxan arxiyepiskop Mixail Adjapaxyan deyir. Yaradanın adını siyasi kapitala çevirməyin. Bunun yumşaq desək, ilahi bir hərəkət olmadığını bir övlad kimi desəm, yəqin Möhtərəm Müqəddəs Ata inciməz”.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
azpolitika.info

1Mənbələr