AZ

Dövlət Komitəsi daha bir beynəlxalq mükafata layiq görüldü - Fotolar

Türkiyənin İzmir şəhərində keçirilən, Türk dünyasının ortaq dəyərlərini və mədəni əlaqələrini əks etdirən "Qızıl alma" Beynəlxalq Turan Film Festivalı başa çatıb. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Film Baş İdarəsi və Dövlət Arxivləri Baş İdarəsinin dəstəyi ilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Ege Universiteti tərəfindən ilk dəfə təşkil olunan festivalda Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı”nın icrası çərçivəsində iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, festivalda Prezident İlham Əliyevin Azərbaycanda qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini daim diqqət mərkəzində saxladığı, bununla bağlı məsələlərin dövlət siyasətinin prioritetləri sırasında olduğu qeyd edilib. Məcburi köçkün həmvətənlərimizə qayğı, onların müraciətlərinə operativ baxılması və həll edilməsi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da fəaliyyətində əsas istiqamətlərdən olduğu vurğulanıb.

Dövlət Komitəsinin Azərbaycanda məcburi köçkünlərin həyat və yaşayış şəraiti, işğaldan azad edilmiş ərazilər və həmin ərazilərdə aparılan bərpa-quruculuq işləri, doğma torpaqlara Böyük Qayıdış və türkdilli ölkələrin bu prosesə dəstəyi mövzusunda hazırladığı müxtəlif fotoşəkillər “Səssiz şahidlər: türk boylarına səyahət” adlı festivalın ilk günü təşkil edilən sərgidə nümayiş olunub.

Qarabağdan olan məcburi köçkünlər haqqında həqiqətlərin dünyaya çatdırılmasında fəal iştirakı əsas götürülərək Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov festivalın “İnsan haqlarına töhfə” mükafatına layiq görülüb. Müxtəlif nominasiyalarda mükafata layiq görülənlər arasında Türkiyə Prezidentinin baş müşavirləri Fecir Alptekin və Ahmet Canbaz, Türkiyə Dövlət Arxivləri başqanı Prof. Dr. Uğur Ünal, Milli Saraylar Başqanlığının müdiri Dr. Yasin Yıldız, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino idarəsinin rəisi Birol Geven və başqa yüksək vəzifəli şəxslər də vardır.

Qeyd edək ki, film festivalında iştirak üçün ümumilikdə 77 ölkədən 1055 müraciət daxil olub. Yekun mərhələdə Türkiyədən 158, Azərbaycandan 47, Qırğızıstandan 31, Qazaxıstandan 21, Özbəkistandan 15 və Türkmənistandan 10 film rəqabət aparıb.







Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
170
22
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
15413
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11755
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9520
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3501
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2830
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2810
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2632
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2285
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1936
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1846
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1287
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
941
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
883
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
872
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
838
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
823
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
763
Mayın ilk gününün havası açıqlanıb
733
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721