AZ

"Azərbaycanın Bolqarıstanla ikitərəfli münasibətləri strateji əmədaşlıq çərçivəsindədir" - Politoloq

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə mayın 8-də geniş tərkibdə görüşü keçirilib.

Politoloq Elşən Manafov BiG.AZ-a bildirib ki, Azərbaycanın Bolqarıstanla ikitərəfli münasibətləri strateji əmədaşlıq çərçivəsindədir,qarşılıqlı hörmət və maraqlara əsaslanır:
"Dövlətlərimiz arasında diplomatik münasibətlər 1992-ci ildə qurulsa da,səfirlik səviyyəsində bir qədər sonra 1999 və 2004-cü illərdə təşəkkül tapmışdır. Bolqarıstan Qarabağ münaqişəsinin bir qayda olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasını müdafiə edib.
Ölkələrimiz arasında iqtisadi,ticari əlaqərimiz yüksələn xətlə inkişaf edib,keçən il üçün ticari dövriyyənin ümumi məbləği 325 milyon 414000 -dən çox olmuşdur,
Azərbaycan Bolqarıstanla enerji,turizm,kənd təsərrüfatı və digər sahələrdə uğurlu əməkdaşlıq edir.Bolqarıstanın enerji təhlükəsizliyində Azərbaycanin özunəməxsus yeri var. Bu əməkdaşlıq Cənubi Qafqaz qaz dəhlizi vasitəsilə həyata keçirilir. Əgər 2022-ci ildə Bolqarıstana 600 milyon kub.m qaz ixrac etmişdiksə,bir il sonra nəql olunan qazın ümumi həcmi 1 milyard 250 milyon kub.m olmuşdur.Müqayisə üçün demək yerinə düşər ki,AB ölkələrinə qaz ixracı həkəlik 8 milyon.kub.m həcmindədir və onun 12 milyon.kub.m çatdırılması ilə bağlı planlarımız var.Bolqarıstanla ikitərəfli maraq doğuran məsələlər ətrafında beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığımız uğurla genişlənməkdədir".


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
big.az

1Mənbələr