BBC-nin təhlili göstərib ki, iqlim dəyişikliyi nəticəsində okeanların temperaturu ötən il ərzində hər gün rekord qırıb.

İndex..az xəbər verir ki, 50 gün ərzində temperatur rekordları indiyə qədər ən böyük fərqlə qırıldı.

Okeanların həddindən artıq istiləşməsi dəniz həyatına böyük zərbə vurub.

Bunun səbəbi, okeanların insanların istehsal etdiyi karbon qazının təxminən dörddə birini tutmaqla yanaşı, həddindən artıq istiliyin 90 faizini də qəbul etməsidir.

Qeyd edək ki, təhlil Avropa İttifaqının (Aİ) Kopernik İqlim Xidmətinin məlumatları əsasında aparılıb.