AZ

Ermənilər "Vətən naminə Tavuş"u dünya hərəkatına çevirmək istəyirlər...

Image

Mübariz Göyüşlü: “Məqsədləri pozuculuq etmək, sülh prosesinə maneçilik törətmək, sülh müqaviləsinin imzalanmasını uzatmaqdır”

Erməni Qriqoryan kilsəsi sülh əleyhinə kampaniyanı davam etdirir. Özünün başıpozuq dəstəsinin başlatdığı "Vətən naminə Tavuş" aksiyasını beynəlxalq müstəvidəyə çıxarmağa çalışır.

Tavus vilayətindəki radikallara rəhbərlik edən Tavus yeparxiyasının rəhbəri “arxiyepiskop” Baqrat Qalstanyanın (Srabzan) başçılığı ilə həmin etirazçı dəstənin İrəvana doğru hərəkət etdiyi məlumdur, onlar paytaxtda hökumətə qarşı etiraz aksiyaları keçirəcəklər. Kilsənin birbaşa göstərişini icra edən bu revanşist qrupun məqsədi sülhə zərbə vurmaq, prosesin qarşısını almaqdır. 

Erməni kilsəsi və onun araxasında duran radikal qruplar, müəyyən mərkəzlər "Vətən naminə Tavuş" “hərəkatı”nı beynəlxalq aləmə daşımaq niyyətində olduqlarını göstərirlər.

Belə ki, İraqdakı erməni təşkilatları “arxiyepiskop” Baqrat Srbazanı dəstəklədiklərini bildiriblər. Bəyanatda bildirilir ki, “bu təhdidli və taleyüklü günlərdə onlar yaxınlıqda olub, duaları ilə Tavuş sakinlərinə dəstək olurlar”.

Bundan başqa, Yunan Kiprinin erməni Yeparxiyası da “Vətən naminə Tavuş” “hərəkatına” qeyd-şərtsiz dəstək verdiklərini açıqlayıb. 

Ermənilər “Vətən naminə Tavuş” “hərəkatını” qızışdırmaq və dünyada tanıtmaq istəyirlər. Onların məqsədi nədir?

“Bu ənənəvi erməni hay-küyçülüyüdür ki, o da uğursuzluğa məhkumdur” 

Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü “Bakı-Xəbər”ə bildirdi ki, bu, erməni radikal qruplarının mənasız cəhdləridir: “Bu qrupa da kilsə, din xadimi adı ilə pərdələnmiş destruktiv, revanşist qüvvələr daxildir. Prosesdə də görürük ki, həmin o revanşistlərdən biri ortaya düşüb və aranı qarışdırmaq istəyir. Eyni zamanda, radikal qrupun digər hissəsi Daşnakstyun partiyası, xaricdəki erməni lobbi və diaspor təşkilatlardır. Bunlar Paşinyanın Azərbaycanla anlaşmaq, Azərbaycanın tələblərini yerinə yetirmək cəhdlərnə qarşı çıxırlar, prosesi pozmaq istəyirlər”.

M.Göyüşlünün qeyd etdiyinə görə, bu başıpozuq, revanşist dəstənin və onları idarə edənlərin başında 30 il əvvəlki hava qalıb. “Bunlar bir şeyi anlamalıdır ki, geosiyasi vəziyyət dəyişib, Azərbaycan bölgənin ən güclü dövlətidir, dünyanın aparıcı dövlətlərinin sırasında çıxış edir. Ermənstandakı radikal qrupa daxil olan 3-5 nəfər şəxsin bu gedən prosesləri dayandırmaq gücü yoxdur. Belə baxıram ki, onların Paşinyanı devirmək  imlanları da yox dərəcəsindədir. Çox zəifdilər. Onlar Paşinyanı devirsələr də, lap öldürsələr də, Ermənistanın daxlində qarşıqlıq yaratmağa nail olsalar da belə, ortaya çıxacaq yeni gücün, hakimiyyətin Azərbaycana qarşı dayanmağa  gücü yoxdur.

Ona görə də ermənilərin “Vətən naminə Tavuş” məsələsini beynəlxalq aləmə daşımaq istəyi də fiaskoya uğrayacaq. Bu nəticəsiz bir işdir. Məqsədləri pozuculuq etmək, sülh prosesinə maneçilik törətmək, sülh müqavilənin imzalanmasını uzatmaqdır. Bunun başqa bir anlamı yoxdur.   Yəni onlara dünyanın harasından dəstək gəlirsə gəlsin, bunun heç bir nəticəsi olmayacaq. İki ölkənin erməni icmasının onlara sözdə dəstək verməsi heç də onların beynəlxalq aləmdən dəstək alması demək deyil. Yəni bu cür başıpozuq revanşist dəstələrin addımları mənasızdır. Bu ənənəvi erməni hay-küyçülüyüdür ki, o da uğursuzluğa məhkumdur.  Onların nə etməsindən asılı olmayaraq, Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, COP29-a qədər Azərbaycanla Ermənistan arasında razılaşmanın, ən azı baza prinsipləri ilə bağlı razılaşmanın əldə olunması tamamilə realdır. Yəni o qüvvəllər o reallığın qarşısını ala bilmək gücündə deyil. Bu qondarma aksiya da heç vaxt dünya hərəkatına çevrilə bilməz. O ərazi Azərbaycan dövlətinin qanuni tarixi ərazisidir, Ermənistan hökuməti də onu geri qaytarır. Buna kilsə necə mane ola bilər ki? Necə ki, ola bilməz”-deyə M.Göyüşlü qeyd etdi. 

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13541
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10808
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9018
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2875
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2432
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2186
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2028
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1825
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1679
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1510
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
964
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
739
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
663
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
632
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
602
Azərbaycan nefti ucuzlaşdı
584
Arda Gülər dayanmır, yenə fərqləndi -
578
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
573