AZ

KF-21 döyüş təyyarəsinin “Meteor” raketi ilə atış sınağı həyata keçirilib

Cənubi Koreyanın “Korea Aerospace Industries” (KAI) şirkəti tərəfindən inkişaf etdirilən KF-21 “Boramae” döyüş təyyarəsinin “hava-hava” tipli “Meteor” raketi ilə atış sınağı həyata keçirilib.

“Poliqon” “Yonhap” xəbər agentliyinə istinadən bildirir ki, sınaq zamanı əvvəlcə KF-21 təyyarəsinə quraşdırılmış AESA radarı ilə 87 km məsafədən hədəf olaraq təyin edilən pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.

Daha sonra “Meteor” raketi PUA-nın 1 metr yaxınlığından keçə biləcək şəkildə atılıb və sınaq uğurla tamamlanıb. Bununla da KF-21 “Boramae” “Eurofighter”, “Rafale” və “Gripen” qırıcılarından sonra “Meteor” raketi ilə atış sınağı həyata keçirmiş 4-cü döyüş təyyarəsi olub.

Qeyd edək ki, Cənubi Koreya cari il ərzində KF-21-lərin kütləvi istehsalına başlayacaq və ilkin mərhələdə 20 ədəd döyüş təyyarəsi istehsal olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
166
poliqon.az

1Mənbələr