Qars-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılması üçün Azərbaycan tərəfi artıq Naxçıvanda müvafiq dəmir yolu xəttinin yenidən qurulması işlərinə başlayıb.
APA xəbər verir ki, bu barədə Azərbaycanın Baş nazirinin və Türkiyənin Vitse-prezidentinin həmsədrliyi ilə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasında bildirilib.
Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsinin təmin edilməsi baxımından Qars-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılmasının əhəmiyyəti vurğulanıb. Türkiyə tərəfinin diqqətə çatdırılıb ki, Azərbaycan tərəfi artıq Naxçıvanda müvafiq dəmir yolu xəttinin yenidən qurulması işlərinə başlayıb.