AZ

Azərbaycan-Slovakiya birgə hərbi-sənaye istehsalı başlayır...

Image

İbrahim Rüstəmli: “Slovakiya həm bir NATO ölkəsidir, həm də özünəməxsus hərbi-sənaye kompleksinə malikdir”

Prezident İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitso ilə mətbuata bəyanatında müdafiə sahəsi ilə bağlı çox önəmli məqamlara toxundu:

“Bildiyiniz kimi, bu gün imzalanan sənədlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılmışdır və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verilmişdir”. 

Üstəlik, Slovakiya Baş naziri Fitso Prezident Əliyevin bu təşəbbüsünü xüsusi dəstəklədi: “Cənab Prezident, bu əməkdaşlığa, xüsusilə hərbi sahədə əməkdaşlığa böyük önəm verirəm, bunu yüksək qiymətləndirirəm”.

Həmçinin, Fitso AzTV-yə müsahibəsində deyib ki, birgə silah istehsal ediləcək: “İstehsal ediləcək silahlar ya ixrac olunacaq, ya da Azərbaycanda qalacaq. Bildiyimiz kimi, Ukraynadakı müharibə parametrləri tamamilə dəyişib. Hazırda silahlarla bağlı ciddi çatışmazlıq var. Bunu edə bilsək, hər iki ölkə üçün faydalı olacağını düşünürəm”.

“Belə üstünlüklərə malik ölkə ilə əməkdaşlıq, birgə silah istehsalı çox önəmli əhəmiyyət kəsb edir” 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən hərbi ekspert İbrahim Rüstəmli hesab edir ki, Slovakiya ilə hərbi sahədə bu cür əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir: “Ümumilikdə, bu yöndə işlərin şaxələndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu kimi işlərin əhəmiyyəti o qədər böyükdür ki, biz bunun əhəmiyyətini 44 günlük Vətən müharibəsində gördük. Əslində biz pərdə arxasında çox işlər görürük. Ancaq görülən bütün işlər barəsində ictimaiyyətə təfərrüatlı məlumatlar vermək olmur. Cənab Prezident Vətən savaşı ilə bağlı çıxışların birində bildirdi ki, biz 30 il ərzində ordumuzu gücləndirdik. Bu dövr ərzində dünyanın hərbi-sənaye baxımdan inkişaf etmiş ölkələri ilə əlaqələr qurduq. Eyni zamanda ötən 30 ildə Azərbaycan dünyanın silah pavliyonlarında da fəal iştirak etdi. Əvvəllər sadəcə müşahidəçi kimi iştirak edirdiksə, sonralar öz istehsal etdiyimiz silahları pavliyonlara çıxardıq. Nə idi bunun əhəmiyyəti? Bunun əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan dünyanın ən müasir və yaxşı silahlarını öz cəbbəxanasına topladı. O cümlədən, həmin silahları idarə edə biləcək kadrların yetişdirilməsi istiqamətində vacib addımlar atdı. Hazırda Slovakiya ilə müdafiə və hərbi sahədə əməkdaşlığın qurulması mühüm siyasi-hərbi əhəmiyyətə malikdir. Çünki Slovakiya həm də bir NATO ölkəsidir. NATO ölkələri içərisində özünəməxsus hərbi-sənaye kompleksinə malikdir. Belə üstünlüklərə malik ölkənin hərbi-sənaye kompleksi ilə əməkdaşlıq, birgə silah istehsalı çox önəmli əhəmiyyət kəsb edir. Bu, müdafiə sənayesi sahəsində inkişafın keyfiyyətcə yeni mərhələyə daxil olmasına təkan verəcək. Birgə silah istehsalı təkcə Azərbaycanın buna olan tələbatını təmin etməyəcək. Həm də bu silahların ixrac edilməsinə gətirib çıxaracaq. Ona görə də bunun əhəmiyyəti böyükdür”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13525
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10795
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9013
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2874
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2416
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2183
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2028
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1825
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1643
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1510
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
962
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
737
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
663
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
632
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
602
Azərbaycan nefti ucuzlaşdı
582
Arda Gülər dayanmır, yenə fərqləndi -
578
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
573