AZ

DTX-nin Akademiyasında Heydər Əliyevə həsr olunmuş konfrans keçirildi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib.

Bu barədə Teleqraf.com-a DTX-dən məlumat verilib.

Bildirilib ki, tədbirdə ölkənin xüsusi təyinatlı ali təhsil müəssisələrinin rəhbər şəxsləri və professor-müəllim heyəti ilə yanaşı, Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və Milli Məclisin deputatı Etibar Əliyev iştirak ediblər.

Əvvəlcə qonaqlar xalqımızın ümummilli lideri Heydər Əliyevin Akademiyanın ərazisində ucaldılan abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla anıblar.

Konfrans açıq elan olunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən Akademiyanın rəisi polkovnik Elşad Nəsirov bu il may ayının 10-da müasir Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünün tamam olduğunu diqqətə çatdırıb, milli dövlətçilik ənənələrimizin yenidən bərqərar edilməsi və ölkəmizdə demokratik prinsiplərə əsaslanan hüquqi dövlətin qurulmasının məhz Ümummilli Liderin adı ilə bağlı olduğunu qeyd edərək Ulu Öndərin doğma Vətəni və xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən ətraflı söhbət açıb.

Ardınca Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Konfransda Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov çıxış edərək Ulu Öndərin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdiyini və Azərbaycanda hüquqi dövlət quruculuğu strategiyasının müvəffəqiyyətlə reallaşdığını vurğulamış, dahi rəhbərin müstəqil respublikamızın ilk Konstitusiyasının hazırlanmasında və qəbul edilməsində gərgin əməyindən bəhs etmişdir. O bildirmişdir ki, Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi hüquqi islahatlar bu gün möhtərəm Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirilir.

Sonra digər natiqlər - Milli Məclisin deputatı Etibar Əliyev və Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Ulu Öndər barədə öz çıxışlarını edib, belə bir konfransın keçirilməsinin əhəmiyyətinə toxunaraq, bu tədbirin Heydər Əliyevin dövlətçilik amallarının və vətənpərvərlik irsinin təbliği baxımından önəminə toxunublar.


Müəllif: Teleqraf.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
20
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
11956
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8594
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
8327
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2334
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2067
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1888
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1764
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1488
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1134
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
923
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
726
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
524
Arda Gülər dayanmır, yenə fərqləndi -
461
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
422
Arda dubl etdi - VİDEO
371
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
368
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
361
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
360