AZ

Putin Paşinyanla nələri müzakirə edəcək?


Rusiyada keçirilən Avrasiya İqtisadi İttifaqının iclasında Ermənistan Baş naziri Nikol Paşinyan da iştirak edir. İclas fonunda Paşinyan Putin ikitərəfli görüşü keçiriləcək. Bu görüş Ermənistan Azərbaycan arasında aparılan ikitərəfli danışıqlar və delimitasiya-demarkasiya prosesinin getdiyi müddətdə baş tutur. Qeyd edim ki, Moskvanın vasitəçiliyi müharibədən sonra heç bir razılaşma əldə edilmədi. Xüsusilə Kreml iki dövlət arasında sülhün əldə edilməməsi üçün "vasitəçilik" edirdi.

Artıq Azərbaycanın ikitərəfli danışıqlar formatını və prezident İlham Əliyevin sülh müqaviləsinin payıza kimi bağlanmasını təklifini Baş naziri N. Paşinyan qəbul edib. Ona görə də Moskvanın prosesi pozmaq cəhdləri də uğursuz ola bilər.

V. Putin N. Paşinyanla Azərbaycanla sülh müqaviləsinin bağlanması və regional prosesləri müzakirə edəcək. Təbii ki, N. Paşinyanın Azərbaycanın şərtlərini və mövcud reallıqları qəbul etməsi, Rusiyanın təsirlərini neytrallaşdırır. N. Paşinyan və V. Putin görüşündə Azərbaycanla bağlı narahatedici qərarlar qəbul edilməyəcək. Çünki, bu, mövcud danışıqların dayanmasi və N. Paşinyana Qərbin etimadının itirilməsinə gətirib çıxara bilər. Demək olar ki, Rusiya rəhbərliyi Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsi reallıqlarını qəbul edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
50
newscenter.az

10Mənbələr