AZ

Ermənis kilsəsinin gətirdiyi İDEOLOJİ BƏDBƏXTLİK - TƏHLİL

Son vaxtlar Erməni Apostol Kilsəsinin xüsusi “canfəşanlıq” göstərməsi qətiyyən diqqətdən yayına bilməz və bu, elə Ermənistanın özünün də gündəmindədir, çünki haylar üçün yaxşı heç nə vəd etmədiyini artıq onlar özləri də yaxşı bilirlər. Sərhədin delimitasiyasına və Qazax rayonunun ermənilər tərəfindən işğal olunmuş dörd kəndinin Azərbaycana qaytarmaq barədə rəsmi İrəvanın niyyətinə qarşı etiraz aksiyalarına rəhbərlik etmək funksiyasını üzərinə götürən kilsə erməni cəmiyyətini yenə də uçuruma sürükləyir. Öz ideologiyası ilə hər dəfə erməni cəmiyyətinə bədbəxtlik gətirən Erməni Apostol Kilsəsi bu dəfə də haylara eyni aqibəti yaşatmaqda, bədbəxtlik gətirmək niyyətində və missiyasında israrlı görünür.

Tarix boyu erməni kilsəsi hayları qarşıdurmalara, münaqişələrə və nəticədə də bədbəxtliklərə sürükləyib

Erməni kilsəsinin hayları tarix boyu qarşıdurmalara, münaqişələrə və nəticədə də bədbəxtliklərə sürüklədiyini xronologiyalar, fakt və arqumentlər təsdiq edir. Kilsə hayların şüurunda tarix boyu elə bir mif formalaşdırıb ki, həmin mif və uydurmalar onları qonşu ölkələrin xalqları ilə dinc, yanaşı və sülh şəraitində yaşamaqdan məhrum edib. Daha doğrusu, sülh şəraitində yaşamalarına öz bədbəxlik gətirən ideologiyaları, uydurduqları mifləri, illüziyaları və yaydıqları düşmənçilik toxumları ilə qətiyyən imkan verməyib. Haylar məhz erməni kilsəsinin illüziyalarının hər zaman qurbanına çevriliblər və onların başlarına gələn bədbəxtliklərin də səbəbkarı elə məhz həmin kilsə olub. Kilsənin uydurduğu və yaydığı ideologiya ermənilərin psixologiyasını pozaraq onlarda torpaq, ərazi iddiaları formalaşdırıb və hayların qonşu ölkələrin, xalqıların torpaqlarına, onlara məxsus maddi və mədəni dəyərlərə göz dikmələri də bundan qaynaqlanır. Hələ də “dənizdən dənizə” uydurmasının və qondarma, dırnaqarası “Böyük Ermənistan” mifinin qalması hayların beyinlərinin kilsənin uydurduğu ideologiya ilə nə dərəcədə pozulduğunu göstərir.

Osmanlı İmperiyası ilə hayları, erməni xalqını düşmən edən və oradan, həmin imperiyadan qoparan da elə erməni kilsəsi oldu. Eyni ilə son dövrlərdə olduğu kimi, həmin dövrdə də Qərb təhrikçilərinin ssenarisi, başçılığı və kilsənin əli ilə haylar türklərə qarşı yönəldildilər. Məhz türklərə qarşı nifrət toxumu da elə həmin zamanlarda səpildi. Bu nifrət toxumu sonralar təkcə türklərə deyil, başda türklər olmaqla, bütün müsəlmanlara qarşı xain hərəkətlərə yol vermələrinə səbəb oldu. Haqqında qeyd olunan həmin o nifrət toxumunu da, xain hərəkətlərə sövq edilmələrini də haylar arasında məhz erməni kilsəsi təlqin etdi və nifrət üzərində qurulan ideologiya nəticə etibarı ilə, dəfələrlə münaqişələrə, qarşıdurmalara səbəb oldu. Deməli, artıq zərrə qədər də şübhə yoxdur ki, ermənilərlə müsəlmanlar arasında toqquşmaların baş verdiyi 1915-ci il hadisələrinin də katalizatoru rolunu məhz kilsə oynamışdı. Qırğınlara səbəb olan həmin tarixi hadisələrdən nəticə çıxarmayan erməni kilsəsi əksinə, həmin hadisələrdən türklərə qarşı daha böyük nifrət yaratmaq üçün sonralar bir vasitə olaraq istifadə etdi. Həmin hadisələri əsas gətirərək, erməni kilsəsi öz mövqelərini gücləndirməyə başladı və artıq dünya güclərinin dəstəyinin hiss etdikdə daha çirkin əməllərə əl atdı, ələlxüsus da “miatsuma”, yəni, Azərbaycan ərazisi olan Qarabağın işğalı prosesi üçün haylara bir “xeyir-dua” da verdi və hətta vəhşiliklər, vandallıqlarla müşaiyət olunan işğalçı əməllərində onlara rəhbərlik də etdi. Katolikos I Vazgenin, həmin dövrdə, ötən əsrin sonlarında şəxsən Qorbaçovdan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-yə birləşdirilməsinə icazə verməsini xahiş etməsi də təsadüfi deyildi və erməni kilsəsinin missiyasının, niyyətinin mahiyyətini açıb ortaya qoyurdu. Məhz elə SSRİ rəhbərindən Katolikos I Vazgenin etdiyi “xahiş” Azərbaycanın Qarabağ ərazilərinin haylar tərəfindən işğalında, təcavüz faktında, azərbaycanlılara qarşı soyqırımlarda erməni kilsəsinin katalizator rolunu oynamasını təsdiq edən məqamdır. Çünki bunun ardınca SSRİ-nin dağılmasından, əllərinə həmin ölkənin silahlarının keçməsindən, eləcə də yenicə müstəqilliyini bərpa edən ölkədə, yəni Azərbaycanda həmin dövrdə xaosun, hakimiyyətsizliyin olmasından, həmçinin ölkəmizin o zaman iqtisadi qüdrətinin, hərbi potensialının zəif olmasından istifadə edərək, üzərimiziə xaincəsinə hücum məhz bu “xahiş”in ardınca oldu. Xocalı kimi dünyada insanlıq dramı olaraq yadda qalan soyqırım və bunun ardınca edilən soyqırımlar, etnik təmizləmələr, vəhşiliklər, vandallıqlar, 30 ilə yaxın müddət ərzində ərazilərimizin işğalda saxlanılması da erməni kilsəsinin katalizatorluq etməsindən sonra baş verdi. Amma bu münaqişədə, müharibələrin gedişində ermənilər özləri də, erməni xalqı da itgisiz ötüşmədi. Ələlxüsus da torpaqlarımızın işğaldan azad olunması üçün aparılan 44 günlük mübarizədə, müharibədə erməni xalqı, haylar çox böyük itgilərə məruz qaldılar. Rüsvayçı məğlubiyyətlə barışmaq məcburiyyətində qalan Ermənistan və kapitulyasiya sənədinə imza atmağa məcbur olan erməni baş nazir oldu, çünki haylar bu mübarizədə Azərbaycan qarşısında diz çökməli oldular. Hərbi, iqtisadi və digər baxımdan Ermənistan dövlətinin verdiyi itgilərlə yanaşı, erməni xalqının da itgiləri yetərincə oldu. Övladlarını itirən saysız-hesabsız erməni ailələri hələ də bununla barışa bilmirlər və uydurma mifləri darmadağın olan haylar həm də bütün dünyada rüsvayçı vəziyyətə, rəzil, məğlub bir duruma düşmüş olduqlarını həzm etməkdə də çətinlik çəkirlər. Yeri gəlmişkən qeyd edək ki, bunu da onlara yaşadan elə məhz erməni kilsəsi oldu. Yəni, erməni xalqının növbəti faciəsinə də səbəb yenə erməni kilsəsi hesab olunur və bunu artıq haylar çox yaxşı bilməlidirlər. Əks halda, bu dəfə də kilsənin onlara yaşadacağı bədbəxtliklə barışmalı olacaqlar. Çünki erməni kilsəsinin yaydığı ideologiya onlara bədbəxtlik gətirir və bundan sonra bu ideologiyada ancaq hayların payı olacaq.

Erməni kilsəsi yenə də haylara daha bir xəyal, daha bir illüziya sırımağa çalışır

Artıq “miatsum” deyilən cəfəngiyyatın əbədi olmadığı qənaətinə gəlməli olan hayları yenə də erməni kilsəsi azdırmağa çalışır. Erməni vəhşiliyinin, vandallığının, terrorçuluğunun başını Azərbaycan dəmir yumruqla əzdikdən, torpaqlarını işğaldan azad etdikdən, ərazi bütövlüyünü təmin etdikdən, severenliyini bütün ərazisi boyunca bərpa etdikdən sonra “miatsum” deyilənin bir cəfəngiyyat olduğu və artıq sona çatdığı ortaya çıxsa da erməni kilsəsi yenə də haylara daha bir xəyal, daha bir illüziya sırımağa çalışır. Sərhədlərin demarkasiyasından və məhz Azərbaycana məxsus kəndlərin qaytarılmasından sui istifadə edərək, yenə də erməni cəmiyyətini çaşdırmağa, yenə də qızışdırmağa çalışır ki, bu də nəticədə həmin ölkəni də, erməni xalqını da bədbəxtliyə sürükləyir. Bax elə bu məqamı indi haylar artıq başa düşməlidirlər və bilməlidirlər ki, erməni kilsəsinin yaydığını onlar ancaq ideloji bədbəxtlik hesab etməlidirlər. Məğlubiyyətlərinə görə indi erməni cəmiyyətində günahkar axtaranlar bilməlidirlər ki, ən güclü siyasətçilər belə erməni xalqına, Ermənistan dövlətinə bu illər ərzində rəhbərlik etsə idilər belə, məhz erməni kilsəsinin yaydığı ideoloji bədbəxrtlik onlara nəticədə yenə də məğlubiyyət, rəzalət və bədbəxtlik gətirməli idi. Bir sözlə, günahı elə erməni kilsəsində, onun yaydığı ideologiyada axtarmaq lazım gəlir. Haylar müharibədəki məğlubiyyətlərində də, bölgədə marginallaşmış duruma düşmələrində də, qlobal və regional layihələrdən kənarda qalmalarında da, rəzalət və səfalət içərisində yaşamalarında da günahı hansısa bir siyasətçidə axtarmamalıdırlar. Günahı ancaq bu məğlubiyyətləri, rəzaləti bəxş edən ideologiyada, başqalarına məxsus olan ərazilərin, maddi və mədəni dəyərlərin mənimsənilməsi təfəkküründə, milli təkəbbür ideologiyasında, yəni erməni kilsəsinin yaydığı ideologiyada, kilsənin özündə axtarmalıdırlar.

Başlarına gələn bədbəxtliyin səbəbkarının eməni kilsəsi və onun ideologiyası olduğunu haylar dərk etməlidirlər

İndi Erməni Apostol Kilsəsi özünü erməni cəmiyyətində revanşist hisslərin “son sığınacağı” kimi təqdim edir. Doğrudur, həmin kilsənin haylar arasında nüfuzunu sürətlə itirdiyini bizimlə yanaşı elə erməni cəmiyyəti də müşahidə etməkdədir və buna görə də özünü “son sığınacaq” kimi sırıması mənasızdır. Düzdür, erməni cəmiyyətinin özündə belə bəziləri bu nüfuz itgisinə müxtəlif don geyindirməyə çalışırlar və erməni kilsəsinin gözdən düşməsini Qərb liberal dəyərləri, eləcə də ateizm təsirinin artması ilə əlaqələndirməyə çalışırlar. Amma bunu iddia edənlər özləri belə həmin versiyaya qətiyyən özləri də inana bilmirlər. Çünki bilirlər ki, erməni kilsəsinin nüfuzunun itməsində səbəb tamamilə başqadır və bunu hayların, Ermənistan vətəndaşlarının qarşılaşdıqları problemlərdə, faciələrdə axtarmaq daha doğru olar. Beləki, tarix boyu erməni xalqına öz cəfəng illüziyalarını, uydurduğu mifləri, bədbəxtlik gətirən ideologiyanı sırıyan erməni kilsəsinin bu zamana qədərki fəaliyyətinin nəticələrinin necə faciəvi olduğunu görməmək mümkün deyil. Bu da erməni xalqının ideoloji bədbəxtliyidir ki, hələ də hayların bundan canlarını qurtarmalarına məhz erməni kilsəsi imkan vermir.

Heç şübhəsiz ki, haylar bu vaxta qədər başlarına gələn bədbəxtliyin səbəbkarının eməni kilsəsi və onun çürük ideologiyası olduğunu ruhlarının dərinliklərində də olsa dərk etməlidirlər və çox güman ki, dərk edirlər də. Amma bunu ifadə edə, açıq şəkildə etiraf edə bilmirlər, çünki həmin kilsə özü buna imkan vermir və heç hayları göz açmağa belə qoymur. Ona görə erməni kilsəsi hayları göz açmağa qoymur ki, bütün dərdlərinin, bəlalarının, faciələrinin, bədbəxtliklərinin səbəbinin məhz elə kilsə və onun bədbəxtlik gətirən ideologiyası olduğunu haylar etiraf edə bilərlər. Etiraf edə bilərlər ki, onları türklərlə, müsəlmanlarla düşmən edən, arzu olunmaz şəraitdə yaşamalarına rəvac verən məhz həmin o kilsənin ideologiyasıdır. Hətta belə bədbəxtliklərinə, faciələrinə görə erməni kilsəsinin birbaşa məsuliyyət daşıdığını da etriaf edə bilərlər deyə, kilsə onlara göz açmaq şansı belə vermək istəmir. Amma artıq çox gecdir və erməni kilsəsinin təşkil etdiyi etriaz aksiyasının sıralarının çox zəif, az olması təsdiq edir ki, artıq həmin kilsə heç də nüfuz sahibi deyil və bundan sonra haylar çətin ki, onların bədbəxtlik gətirən ideologiyalarına uysunlar. Çünki haylar artıq başa düşürlər ki, erməni kilsəsinin yaydığı ideoloji bədbəxtlikdir və bununla, bu ideologiya ilə onların daha da rəzil vəziyyətə düşə biləçəkləri qətiyyən təkzib edilə bilməz.

Müəllif: İnam Hacıyev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
14015
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11173
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9154
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2998
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2555
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2272
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2168
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2119
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1836
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1595
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1165
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
767
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
765
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan nefti ucuzlaşdı
718
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
673
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
670
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
620
Arda Gülər dayanmır, yenə fərqləndi -
591