AZ

Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilibFOTO

Türkiyə Respublikası Milli Müdafiə Universitetinin (MMU) nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.

"Xarici tədris gəzintisi" çərçivəsində ölkəmizdə səfərdə olan türkiyəli qonaqlar Hərbi Dəniz Qüvvələrini (HDQ) ziyarət ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, nümayəndə heyətinin üzvləri ilə keçirilən görüşdə Türkiyə nümayəndə heyətinə HDQ-də icra edilən fəaliyyətlərlə bağlı brifinq təqdim edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Sonra türkiyəli nümayəndə heyəti Milli Müdafiə Universitetində olublar. Burada qonaqlara universitetin yaranma tarixi, əsas fəaliyyət istiqaməti, təhsil prosesi barədə ətraflı məlumat verilib.

Görüşdə, həmçinin hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
6
xezerxeber.az

8Mənbələr