AZ

Mövsümdən əvvəl yetişən alça ziyanlıdırmı?

Bu gün bazarlarda havaların soyuq keçdiyini nəzərə alaraq mövsümdən əvvəl alça və çiyələkləri piştaxtalarda görmək olar. Həddindən artıq iri alçalar və digər meyvələr göz oxşasa da bəs sağlamlığımız üçün ziyanlıdırmı?

Mövzu ilə bağlı BiG.AZ-A qida eksperti Məhsəti Hüseynova açıqlama verib.

O bildirib ki, bu məhsullar vaxtından əvvəl xüsusi iqlim şəraitində, istixanalarda yetişdirilir.

"Belə tərəvəzlərin və meyvələrin yeyilməsi orqanizm üçün təhlükəlidir. Elə məhsullar da var ki, onlar konservləşdirilərək saxlanılır. Geni dəyişən məhsulların bir xüsusiyyəti də var ki, onları konkret bir temperaturda illərlə saxlamaq mümkündür. Belə məhsullar lazımi vaxtdan bir qədər erkən satışa çıxarılır. Azərbaycanda 9 iqlim qurşağı var. Bizim hətta subtropik bitkiləri istehsal etmək və daxili bazarı təmin etmək qabiliyyətimiz var. Amma təəssüflər olsun ki, bundan yararlanmırıq. Hansı məhsullar ki, ölkə daxilində yetişdirilir, onu yetişdirən insanlara, fermerlərə, kəndliyə stimul vermək lazımdır. Onlardan təbii şəraitdə yetişdirilən məhsulu almaq lazımdır. Yalnız ölkədə olmayan ekzotik meyvələr idxal edilməlidir. Yerdə qalan məhsullar öz mövsümündə yeyilməlidir. Qida təhlükəsizliyi məsələsinə ciddi riayət etmək lazımdır. Bu, formal xarakter daşımamalıdır. Mövsümdən əvvəl yetişən meyvələr isti şəraitdə saxlanılır və yetişdirilir".

Ekspert qeyd edib ki, ərzaqların mövsümündən əvvəl baha olması təbiidir, amma bəzən qiymətlər çox şişirdilir. Lakin məsələ fərqlidir. Bəzən ayrı-ayrı insanlarda qida davranışı pozulur. Bu, hormonal və psixoloji dəyişikliklər fonunda baş verə bilir. Hamiləlik isə çox ciddi fizioloji proses olduğuna görə, ayrı-ayrı qidalara tələbat ortaya çıxa bilir. Normal adamda isə qida davranışı adekvat olur.

"Çünki onların yetişməsi üçün müxtəlif gübrələrdən, kimyəvi maddələrdən istifadə olunur. Həmin maddələr isə insan orqanizminə lazım olmadığı üçün zərərli hesab olunur. Mən düşünürəm ki, hər bir meyvə-tərəvəz öz mövsümündə yeyilsə, daha düzgün olar. Çünki orqanizm də ritmik olaraq buna uyğunlaşır".


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13268
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10430
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8926
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2797
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2376
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2131
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2009
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1802
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1515
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1440
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
932
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
667
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
658
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
607
Arda Gülər dayanmır, yenə fərqləndi -
566
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
554
Azərbaycan nefti ucuzlaşdı
502
Arda dubl etdi - VİDEO
490