AZ

"Biz favorit olmayacağıq" - Edin Terziç

"Borussiya"nın baş məşqçisi Edin Terziç Çempionlar Liqasının yarımfinalında PSJ üzərində cavab oyununda qazanılan qələbəni (1:0) şərh edib və qarşıdakı finalla bağlı gözləntilərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, bu barədə o, UEFA-ya açıqlama verib:

“Əsas hiss sevincdir. Bundesliqada daha çox uğur qazanacağımıza ümid edirdik. Bu, bu gecə qələbəni qeyd etmək üçün daha çox əsas verir.

Son rəqib? Bilirəm ki, biz favorit olmayacağıq. Hansı komanda ilə qarşılaşsaq da, son dərəcə çətin olacaq. Ancaq bu, sadəcə bir matçdır və bir oyunun gedişində hər şey mümkündür. Biz bunu artıq sübut etmişik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
offsideplus.az

1Mənbələr