AZ

“The Standard”: COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır

“The

Bakı, 8 may, AZƏRTAC

Bu ilin noyabrında Bakıda COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır. Biz bu məsuliyyəti təkcə beynəlxalq ictimaiyyətin ölkəmizə etimadının göstəricisi kimi deyil, həm də iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətli dəyişikliklərin aparılması üçün əlverişli fürsət kimi görürük.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyevin “The Standard” qəzetində dərc olunan məqaləsində yer alıb.

Məqalədə bildirilib ki, Azərbaycanın yanaşmasının mərkəzində inklüzivlik prinsipi dayanır. COP29 yalnız seçilmiş insanlar üçün deyil, burada hamımızın iştirakı nəzərdə tutulur. Müxtəlif qruplardan olan insanların fikirlərinin və imkanlar barədə təkliflərinin eşidilməsini və onlara hörmət olunmasını təmin etməklə biz daha güclü tərəfdaşlıqlar qura və iqlim dəyişikliyi ilə mübarizədə təkbaşına bacardığımızdan daha səmərəli nəticələr əldə edə bilərik.

COP28-də xüsusilə maliyyə, uyğunlaşma və iqlimlə bağlı itki və zərərlərin aradan qaldırılması kimi sahələrdə əldə edilmiş irəliləyişlərə toxunan səfir vurğulayıb ki, qarşıda görüləsi çox iş var. İnkişafa yönəlmiş ənənəvi dəstək çox mühüm olsa da, iqlimlə bağlı fəaliyyətin artan maliyyə tələblərini ödəmək üçün kifayət etmir: “Beynəlxalq birlik olaraq, iqlimlə bağlı çağırışların səmərəli həlli üçün yanaşmamızda və düşüncə tərzimizdə əsaslı dəyişiklik etməyimiz həqiqətən vacibdir. Azərbaycanın atdığı mühüm addımlardan biri 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsidir. Bu qlobal mübarizəyə sadiqliyimizi vurğulamaqla yanaşı, həm də milli, regional və beynəlxalq səviyyələrdə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə diqqətimizi fokuslayır”

Səfir onu da bildirib ki, COP29 sədrliyinin danışıqlar üzrə komandası kollektiv fəaliyyətin uğur qazanmaq üçün çox vacib olduğunu dərk edərək, müxtəlif tərəfdaşlar və danışıqlar qrupları ilə fəal şəkildə əməkdaşlıq edir: “Biz öz fəaliyyətimizdə Qlobal Cənub və Qlobal Qərb arasında fikir ayrılıqlarını aradan qaldırmağa çalışırıq. COP29 tarixən məhdud əlaqələrə və tərəfdaşlıqlara malik olan ölkələri bir araya gətirməklə effektivliyi gücləndirən və inteqrasiya rolunu oynayan faktor olmalıdır. Buna misal olaraq Azərbaycan ilə Keniya arasında inkişaf edən tərəfdaşlıq münasibətlərini göstərmək olar. Keçmişdə ölkələrimiz arasında yaxşı münasibətlər olsa da biz xüsusilə Keniyanın iqlim dəyişikliyinin həllindəki mühüm rolu fonunda əməkdaşlığımızı möhkəmləndirməyin zəruriliyini dərk edirik. Məhz buna görə də COP29-un prezidenti Muxtar Babayev martda BMT-nin Ətraf Mühit Assambleyası çərçivəsində Prezident Ruto ilə görüşüb”.

“COP29 və ya BMT-nin Ətraf Mühit Assambleyasının (UNEA-6) bu yaxınlarda keçirilmiş altıncı sessiyası kimi tədbirlər dünya dövlətlərinin ətraf mühitin mühafizəsi sahəsində səylərini kollektiv şəkildə necə əlaqələndirə biləcəyinə dair mühüm nümunələrdir. BMT-nin Ətraf Mühit Proqramının (UNEP) qlobal ekoloji gündəliyin irəli aparılmasında göstərdiyi liderlik təqdirəlayiqdir və biz bu dinamikanı davam etdirməliyik. COP28-də irəli sürülən və COP28, COP29 və COP30-un sədrliklərini özündə birləşdirən “Üçlük” mexanizmi belə bir dinamikanın qorunub saxlanmasının təmin edilməsində çox mühüm nailiyyətdir. Ancaq bu, sadəcə Keniya və Azərbaycan üçün bir missiya deyil. İnkişaf etmiş ölkələr Keniyanı və ümumilikdə Afrikanın iqlim dəyişikliyi sahəsində səylərini artırmaq üçün maliyyələşdirməyə, texnologiya transferinə və bacarıqların artırılmasına dəstəyə daha çox çıxış əldə etmək məqsədilə daha çox iş görərək töhfə verməlidir. Əgər biz qlobal temperatur artımının 1,5°C dərəcəyə qədər məhdudlaşdırmağa nail olmaq istəyiriksə, qəbul etməliyik ki, belə bir mürəkkəb problemin həlli zamanı kompleks yanaşma tətbiq edilməlidir”, – deyə Azərbaycan səfiri məqaləsində vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
15033
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11631
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9394
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3344
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2714
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2650
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2496
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2239
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1904
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1772
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1273
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
891
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
872
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
849
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
808
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
780
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
747
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Mayın ilk gününün havası açıqlanıb
696