AZ

Azərbaycan ilk dəfə “Macfrut” sərgisində iştirak edir

İtaliyanın Rimini şəhərində “Macfrut 2024” beynəlxalq sərgisi işə başlayıb. Azərbaycan sözügedən tədbirdə ilk dəfədir iştirak edir.

FED.az xəbər verir ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, Azərbaycan şirkətləri “Made in Azerbaijan” vahid ölkə stendində məhsullarını təqdim edir. Belə ki, stenddə ölkəmizdə istehsal olunan müxtəlif meyvə-tərəvəzlər, ədviyyatlar, giləmeyvələr, qurudulmuş meyvələr, bitki yağları və digər məhsullar nümayiş olunur.

Bundan başqa, stenddə qida-dəyər zəncirinin formalaşmasında rol oynayan qurumlar – Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi (AQTA), AZPROMO və ADA Universiteti təmsil olunur, ziyarətçilərə ölkəmizin aqrar sahədəki potensialı, qida sənayesində təhlükəsizliyin təmin olunması, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya imkanları, ADA və Bolonya universitetlərinin Dayanıqlı Bağçılıq Sistemləri mövzusundakı birgə sertifikat proqramı barədə ətraflı məlumat verilir.

Sərgi mayın 10-dək davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
162
3
fed.az

4Mənbələr