AZ

Kral Şahzadə Harri ilə görüşdən imtina edib

Kral Şahzadə Harri ilə görüşdən imtina edib

Böyük Britaniya Kralı III Çarlz Londona səfəri zamanı kiçik oğlu Şahzadə Harri ilə görüşməkdən imtina edib.

Mayın 8-də Şahzadə Harri Müqəddəs Pavel baş kilsəsində özünün təsisçisi olduğu "Invictus Games"in ("Məğlubedilməzlərin Oyunu" - hərbi xidmətdə yaralanmış və ya əlil olmuş keçmiş və hazırkı hərbi qulluqçular üçün beynəlxalq çoxnövçülük yarışdır) 10 illiyini qeyd etmək üçün çıxış edəcək. Sasseks hersoqunun səfəri ilə bağlı məlumatı tədbirin nümayəndəsi təsdiqləyib. Meqan Markl isə mərasimə gəlməyəcək. İnsayderlər monarx çox məşğul olmasa, Şahzadə Harrinin atasını görə biləcəyini bildirmişdilər. Ancaq artıq görüşün baş tutmayacağı ilə bağlı məlumat yayılıb.

Eyni zamanda, kral ailəsindən olan mənbələr iddia ediblər ki, əslində Kral III Çarlz kiçik oğlu ilə ünsiyyət qurmaq imkanı əldə edib.

Qeyd edək ki, fevralın 5-də Bukingem sarayının mətbuat xidməti Kral III Çarlza xərçəng diaqnozu qoyulduğunu açıqlamışdı./Oxu.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
20
Mənbələr
Şərh ()
Bağla

Reytinq