AZ

“Azercell Telekom” bəzi tarifləri artırır, bəzi paketləri isə ləğv edir

“Azercell Telekom” bəzi tarifləri artırır, bəzi tarif paketlərini isə ləğv edir. 

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, mobil operator bəzi tarifləri 20-33% civarında bahalaşdırır. 

Mobil operator qeyd edib ki, fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş “İstəSən” tarif paketi və “GəncOl” tarif paketləri çərçivəsində təqdim edilən istifadə imkanı istifadə müddətindən əvvəl bitdikdə, həmçinin müvafiq paketin yenilənməsi üçün nömrənin balasında kifayət qədər vəsait olmadıqda ölkədaxili zəngin 1 dəqiqəsi üçün 0,08 AZN xidmət haqqı tətbiq ediləcək. Bundan əvvəl isə sözügedən zənglərin 1 dəqiqəsi 0,06 AZN-dən hesablanıb.

Bundan əlavə, “Bölgə” tarif paketi çərçivəsində bölgələrdə ölkədaxili zəngin 1 dəqiqəsi üçün xidmət haqqı 0,05 AZN-dən 0,06 AZN-ə artırılıb.  Bununla belə, müvafiq paket çərçivəsində şəbəkədaxili zənglərin 3-cü dəqiqədən sonra pulsuz olan 1 zəngin müddəti 15 dəqiqədən 20 dəqiqəyə artırılıb.  

“Azercell” bildirib ki, mayın 13-dən etibarən “Hədiyyəli eSim” kampaniyasına yeni qoşulmaları dayandırır. Qeyd olunan tarixədək Kampaniyaya qoşulmuş abunəçilərə Kampaniyanın mövcud şərtləri və qaydaları tətbiq ediləcək. “Sərbəst 6”, “Sərbəst 10”, “Sərbəst 15”, “Sərbəst 25”, “Sərbəst 50” və “Sərbəst 75” tarif paketləri isə ləğv ediləcək.

Qeyd edək ki, bütün sözügedən dəyişikliklər mayın 13-dən qüvvəyə minəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
211
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
15359
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11743
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9516
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3501
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2814
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2786
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2626
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2285
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1936
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1845
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1287
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
940
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
882
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
872
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
834
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
823
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
763
Mayın ilk gününün havası açıqlanıb
729
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721