AZ

Milli Observatoriya – sosial sahədə milli strateji düşüncə mərkəzi kimi

“Milli Observatoriyanın əsasının qoyulmasının 5 illiyi münasibətilə”

Elm tutumlu idarəetmə idarəetmənin əsasları istiqamətində XX əsrin mühüm çağırışlarından biri olmuşdur. Belə ki, Amerikan mexanika mühəndisi və meneceri Fredrik Teylor 1911-ci ildə nəşr etdirdiyi “Elmi idarəetmənin prinsipləri” monoqrafiyasında elmi idarəetmənin elmi-nəzəri əsaslarını formalaşdırmışdır. Məzar daşına “Elmi menecmentin atası” sözləri həkk olunmuş Teylorun əsasını qoyduğu elm tutumlu idarəetmə məktəbi Henri Hant, Frenk Cilbert, Lillian Cilbert və başqaları tərəfindən davam etdirilmişdir.

Bundan sonra ilk növbədə xarici siyasət və diplomatiya sahəsində dövlət siyasətinin formalaşdırılması istiqamətində “Beyin Mərkəz”ləri, Think Tank və strateji düşüncə və analitik mərkəzlər yaranmağa başlamış, bu mərkəzlər müvafiq istiqamətdə təhlil, tədqiqat, sorğu, nəşr, məsləhət xidmətləri göstərmişdir.

XX əsrin ortalarından etibarən isə sosial-iqtisadi məsələlərin təhlili, sosial siyasətin formalaşdırılması, yoxsulluğun azaldılması, ekologiya və ətraf mühit problemləri, səhiyyə və sağlamlıq, informasiya və cəmiyyət, habelə bəşəriyyatin inkişafı və rifahı üçün mühüm əhəmiyyət kəsb edən “Beyin Mərkəz”ləri formalaşmağa başlamışdır.

Bu “Beyin Mərkəz”ləri növbəti mərhələdə müvafiq sahədə elm və dövlət siyasəti arasında körpü rolunu oynamağa başlamış, qeyd olunan sahələrdə ayrı-ayrı ölkələrdə dövlət siyasətinin formalaşmasında mühüm töhfə vermişdir.

XX əsrin sonlarında və XXI əsrin əvvəllərində dünyanın müxtəlif ölkələrində sosial sahədə “Beyin Mərkəz”ləri, sosial Observatoriyalar yaranmağa başlamış, Azərbaycan da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın timsalında bu istiqamətdə öz modelini formalaşdırmışdır.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2018-ci il 30 oktyabr tarixli 602 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda müəyyən edilmişdi ki, Respublikada əmək bazarında mövcud vəziyyətin dəqiq qiymətləndirilməsi və gələcək meyillərin müəyyən olunması üçün məlumatlara əsaslanan proqnoz sistemi (əhalinin iqtisadi fəallığının müayinəsi, ev təsərrüfatlarının müayinəsi), ekspert rəyləri və hesablamaları əsasında keyfiyyət analizi, ali, orta ixtisas və peşə təhsili məzunları arasında mütəmadi sorğuların keçirilməsi, vakansiyalar bazasının və əmək ehtiyatları balansı üzrə əldə edilmiş məlumatların bir-biri ilə əlaqələndirilmiş təhlili, uzlaşdırılması və monitorinqi nəticəsində müvafiq səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə Azərbaycan Respublikasında Əmək Bazarı üzrə Milli Observatoriyanın yaradılması imkanları nəzərdən keçiriləcəkdir.

Eyni zamanda əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsi sözügedən Strategiyanın əsas istiqamətlərindən biri kimi nəzərdə tutulmuşdur.

Əmək bazarı və məşğulluq sahəsində səmərəli siyasətin həyata keçirilməsi, tələblə təklif arasında tarazlığın təmin edilməsi, o cümlədən təhsil sisteminin əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün monitorinq və proqnozlaşdırma böyük əhəmiyyət kəsb etdiyindən bu strateji istiqamət əmək bazarının təhlili və ixtisaslı kadrlara, həmçinin müxtəlif bacarıqlara ehtiyacın müəyyənləşdirilməsinə imkan verən monitorinq və proqnozlaşdırma sisteminin formalaşdırılmasını şərtləndirirdi.

Sözügedən Strategiyanın istinad olunan müddəaları Azərbaycanda sosial sahədə milli strateji düşüncə mərkəzi kimi Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yaradılmasının ilk rəsmi anonsu idi.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 4 iyul 2019-cu il tarixli 775 saylı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında” müvafiq Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə əmək bazarı və sosial müdafiə sahələrində mövcud vəziyyətin qiymətləndirilməsini, inkişaf meyillərinin öyrənilməsini və monitorinqləri həyata keçirən, bu sahələrdə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlil və proqnozlar hazırlayan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması tapşırıldı.

Fərmana əsasən Observatoriyanın təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi - Observatoriyanın nizamnaməsinin və nizamnamə fondunun miqdarının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla təsdiq edilməsi, strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi, icra orqanlarının yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi səlahiyyətlərinə münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, digər məsələlərin həlli ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edildi.

Azərbaycan Respublikasının Nazirlər Kabineti təsisçi səlahiyyətlərini icra edərək “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin yaradılması haqqında” 2020-ci il 17 mart tarixli 95 nömrəli Qərarı ilə Milli Observatoriyanın Nizamnaməsini və strukturunu təsdiq etməklə yanaşı, yaradılacaq qurumun işçilərinin say həddini, nizamnamə fondunu və onun formalaşma mənbəyini müəyyən etdi. Bununla yanaşı, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin istinad olunan Qərarında digər təsisçi - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin dövlət qeydiyyatına alınmasının “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təmin edilməsi tapşırıldı.

Qeyd olunan tapşırığın icrası çərçivəsində 25 mart 2020-ci il tarixdə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi hüquqi şəxslərin dövlət qeydiyyatına alınmaqla fəaliyyətə başladı.

Bununla da Milli Observatoriya ölkəmizin sosial həyatına əmək bazarı və məşğulluq, sosial müdafiə və sosial təminat, demoqrafiya və əhali sakinliyi, habelə sosial sahənin digər mühüm istiqamətləri üzrə ixtisaslaşmış “Beyin Mərkəzi” kimi debüt etmiş oldu.

Fəaliyyət göstərdiyi ötən müddət ərzində institusional inkişafının təşəkkül mərhələsini başa vurub inkişaf mərhələsinə qədəm qoyan Milli Observatoriyanın əsas fəaliyyət istiqamətlərini əmək bazarı, sosial müdafiə, demoqrafiya və əhali sakinliyi sahələrində həyata keçirilən tədbirlərin və sosial proqramların cari və perspektiv vəziyyətinin qiymətləndirilməsinin həyata keçirilməsi, inkişaf meyillərinin öyrənilməsi, bu məqsədlərlə monitorinq və sorğuların keçirilməsi, sözügedən sahədə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlil və proqnozların hazırlanması və müvafiq sahənin inkişafı məqsədilə qabaqcıl təcrübələrin öyrənilməsi və təkliflərin hazırlanması kimi mühüm strateji məsələlər təşkil edir.

Bu gün Milli Observatoriyanın ölkənin sosial müdafiə sistemindəki yeri və rolu onun aşağıdakı missiyaları ilə müəyyən olunur:

1. Sosial sahədə analitik və intellektual “Beyin Mərkəzi”;

2. Sorğu və monitorinq mərkəzi;

3. Sosial sahədə diskussiya platforması;

4. Təlim və peşəkar inkişaf mərkəzi.

Bu gün sosial sahədə milli strateji düşüncə mərkəzi və “Beyin Mərkəzi” kimi Milli Observatoriyanın əksəriyyətini gənclər və təcrübəli mütəxəssislər təşkil edən peşəkar tədiqatçı komandası tərəfindən:

- əmək bazarının cari və perspektiv vəziyyətinin qiymətləndirilməsi,

- əmək bazarında strateji məşğulluq sahələrinin, onların gələcək inkişaf meyillərinin müəyyən edilməsi,

- iqtisadi fəal əhalinin, məşğulluğun və işsizliyin kəmiyyət tərkibinin və keyfiyyət göstəricilərinin müasir vəziyyətinin, onların dəyişilməsinə təsir göstərən sosial-iqtisadi şəraitin təhlil edilməsi,

- iqtisadiyyatın rəqabətədavamlı kadrlarla təmin edilməsi üçün peşə və ixtisaslara, zəruri bacarıqlara və səriştələrə dair tələblərin müəyyənləşdirilməsi,

- əmək bazarında bütövlükdə, eləcə də onun müxtəlif seqmentlərində tələb və təklif arasında tarazılığın təmin edilməsi, əmək bazarının kəmiyyət və keyfiyyət parametrləri nəzərə alınmaqla, perspektiv peşə və ixtisaslara, zəruri bacarıqlara və səriştələrə olan real tələbatın müəyyən edilməsi,

- təhsil müəssisələrinin məzunlarının əmək bazarına adaptasiya vəziyyətinin təhlili,

- qeyri-formal məşğulluğun mövcud vəziyyətinin qiymətləndirilməsi və onu yaradan səbəblərin və risklərin aradan qaldırılması,

- əhali sakinliyi və demoqrafiya sahəsində mövcud vəziyyətin qiymətləndirilməsi,

- əhalinin həyat səviyyəsi, dövlət tərəfindən təsdiq edilən minimum sosial normalarla bağlı təhlillərin aparılması,

- əhalinin sosial müdafiəsi sahəsində, o cümlədən əmək pensiyaları, sosial müavinət, ünvanlı dövlət sosial yardımı və digər sosial ödənişlər, əlilliyi olan şəxslərin reabilitasiyası, sosial xidmət sahələrində, habelə sosial proqramların icrası kimi aktual məsələləri ehtiva edən, sosial sahədə aparılan dinamik islahatlara metodiki dəstək yönümlü, praktiki təkliflərin və proqnozların əks olunduğu təhlil və tədqiqatlar aparılmaqdadır.

Təbii ki, sosial sahənin qeyd olunan prioritet istiqamətləri üzrə keyfiyyətli, yüksək aprobasiya imkanlarına malik təhlillərin aparılması, həmin təhlillər əsasında müvafiq sahənin inkişaf dinamikası üzrə dəqiq proqnozların hazırlanması və səmərələşdirici təkliflərin təqdim edilməsi rəsmi stastik məlumatların analizi, elmi-texniki naliyyətlərin tətbiqi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və s. metodlarla yanaşı müəyyən empirik məlumatların bilavasitə ilkin mənbəyindən araşdırılmasını, bu məqsədlə peşəkar sorğu və monitorinqlərin keçirilməsini şərtləndirir.

Bu baxımdan fəaliyyətə başladığı dövrdən etibarən qısa müddət ərzində peşəkar anketyor komandası formalaşdıra bilmiş Milli Observatoriya tərəfindən sosial sahənin müxtəlif aktual məsələləri ilə bağlı keçirilmiş respondent sorğular demək olar ki, ölkə əhalisinin sosial strukturunun bütün elementlərini – ali təhsil müəssisələrinin tələblərindən və məzunlarından orta məktəb şagirdlərinə, sahibkarlardan (işəgötürənlərdən) ekspertlərə, müxtəlif sosial həssas qrupların nümayəndələrindən ünvanlı dövlət sosial yardımı alan vətəndaşlaradək geniş miqyaslı əhali kontingentini əhatə etmişdir.

Belə sorğular sosial sahədə rəsmi statistik məlumatlarla yanaşı bilavasitə mənbəyindən alternativ xammal məlumatların əldə edilməsi və həmin məlumatların emalı nəticəsində yeni məlumatların dövriyyəyə buraxılması ilə yanaşı, həm də vətəndaşların onlara göstərilən sosial xidmətlərdən məmnunluq səviyyəsinin ölçülməsinə və müvafiq xidmətlərin keyfiyyətinin qiymətləndirilməsinə xidmət edir.

Bu baxımdan Milli Observatoriya müzakirə, diskussiya və sosial dialoq platforması kimi həm də sosial müdafiə sahəsində idarəetmə aparatı ilə vətəndaşlar arasında sosial sensor funksiyasını icra edir. Belə sorğu, sosial müayinə, monitorinqlər, habelə sosial müdafiə sisteminin ayrı-ayrı mühüm institutları ilə bağlı aparılan müzakirələr, müxtəlif sosial həssas qrupların tələblərinin, sosial sifarişin, ümumilikdə cəmiyyətin nəbzinin və sosial impulsların müvafiq sahədə dövlət idarəçiliyini həyata keçirən qurumlara tam, obyektiv, hərtərəfli və operativ qaydada çatdırılmasına xidmət edir.

Təbii ki, Milli Observatoriyanın sosial diskussiya platforması kimi funksiyaları bununla bitmir. Qurum əmək bazarında peşə, ixtisaslar, bacarıq və səriştələrə olan tələb haqqında ictimaiyyəti məlumatlandırır, aktual problemlərin şərhini verir, ayrı-ayrı aktiv və passiv sosial alətlərin spesifikası barədə elmi-nəzəri və kütləvi maarifləndirmə işlərində fəal iştirak edir, sosial sahədə aparılan islahatların, həyata keçirilən tədbirlərin məzmunu və mahiyyəti barədə ictimaiyyəti məlumatlandırır.

Məlum olduğu kimi, əhalinin sosial rifahını və hər bir vətəndaşın layiqli həyat səviyyəsinin təmin olunmasını qarşıya məqsəd qoyan dövlətimizin sosial sahədə dinamik islahatların aparılması, dayanıqlı sosial müdafiə və məşğulluq sisteminin formalaşdırılması, əhaliyə göstərilən sosial xidmətlərin keyfiyyətinin daha da yüksəlilməsi, sosial sahədə inzibatçılığın təkmilləşdirilməsi, bu sahədə müasir sosial innovasiyaların tətbiqi və s. istiqamətlərdəki fəaliyyətinin daha səmərəli təşkil edilməsi yüksək ixtisaslı mütəxəssislər korpusunun və peşəkar kadrların formalaşdırılmasını, habelə mövcud kadr ehtiyatının peşəkar inkişafını tələb edir.

Bu baxımdan təlim və peşəkar inkişaf mərkəzi kimi Milli Observatoriyanın sosial müdafiə sahəsində dövlət siyasətini həyata keçirən qurumların orbitindəki yeri və rolu əvəzolunmazdır.

Təkcə onu qeyd etmək kifayətdir ki, fəaliyyət göstərdiyi ötən müddət ərzində Milli Observatoriya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində çalışan əməkdaşlara 433 sayda, ümumilikdə 8 min nəfərdən artıq iştirakçını əhatə edən təlimlər keçirmiş, bu təlimlər əməkdaşların funksional biliklərinin təkmilləşdirilməsinə, Nazirliyin müvafiq alt sistemləri üzrə bilik, vərdiş və bacarıqların inkişafına, müasir informasiya texnologiyalarının tədrisinə və digər aktual mövzuların öyrənilməsinə xidmət etmişdir.

Həmçinin, öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə üsüllarını tətbiq edən Milli Observatoriyanın fəaliyyətinin cari ildə 3 sayda beynəlxalq keyfiyyət standartı üzrə - ISO 9001:2015 (“Keyfiyyəti İdaretmə Sistemi”), ISO 10015:2019 (“Kompetensiyaların (səriştələrin) idarə edilməsi və personalın inkişafı üzrə rəhbərlik”), ISO 29993:2017 (“Formal təhsildən kənar öyrənmə xidmətləri – xidmətə olan tələblər”) standartlara uyğunluğu müsbət qiymətləndirilmişdir.

Bütün sahələrdə olduğu kimi sosial sahədə də aparılan dinamik islahatların və həyata keçirilən tədbirlərin mütəşəkkilliyi, ardıcıllığı, səmərəliliyi bilavasitə onun sistematik və elmi-konseptual əsaslara söykənərək planlaşdırılmasını şərtləndirir.

Hər il olduğu kimi ötən ilin əvvəlindən növbəti sosial islahat paketi reallaşdırılaraq pensiya, müavinət və təqaüdlərin, habelə ehtiyac meyarı həddinin növbəti dəfə artırılması təmin edilmişdir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, 2023-cü il ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 2022-ci illə müqayisədə 1 mlrd. 311 mln. manat və ya 19,7% çox olmaqla 7 mlrd. 957 mln. manat vəsait ödənilmişdir ki, bu vəsaitin həcmi dünyanın siyasi xəritəsində və regionda bəzi dövlətlərin icmal büdcəsi həcmindədir.

Bu baxımdan sosial sahədə belə böyük miqyaslı tədbirlər bu sahədə dəqiq hesablamaların, konseptual təhlillərin, analizlərin, akademik müşahidələrin aparılmasını, habelə peşəkar kadr hazırlığının həyata keçirilməsini labüd edir.

Belə olan təqdirdə ölkəmizdə aparılan sosial islahatlar və dinamik sosial-iqtisadi inkişaf fonunda Milli Observatoriyanın qarşısında sosial sahədə milli strateji düşüncə və sosial islahatların metodoloji mərkəzi kimi mühüm vəzifələr dayanır.

Milli Observatoriya tərəfindən aparılan hər bir təhlil, hər bir tədqiqat işi, irəli sürülən hər bir təklif, həyata keçirilən hər bir sorğu və monitorinq, tədris edilən hər bir təlim saatı sosial sahədə aparılan belə geniş miqyaslı islahatlara və həyata keçirilən tədbirlərə elmi-nəzəri və metodiki dəstək xarakteri daşımaqla bütövlükdə ölkəmizin sosial-iqtisadi inkişafına, əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına, vətəndaşların layiqli həyat səviyyəsinin daha yüksək səviyyədə təmin olunmasına, sosial həssas əhali qruplarının daha geniş diqqət və qayğı ilə əhatə olunmasına öz töhfəsini verəcəkdir.

Qaya Əliyev

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Hüquq, kadrlar və sənədlərlə iş departamentinin müdiri

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12479
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
9192
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8726
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2500
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2194
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1950
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1825
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1645
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1231
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1034
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
773
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
545
Arda Gülər dayanmır, yenə fərqləndi -
501
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
437
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
423
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
422
Arda dubl etdi - VİDEO
412
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
400