AZ

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakı, 8 may, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə İsmayıllıda Aqrar Biznes Festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, festivalda Ağsu, İsmayıllı, Qobustan, Qəbələ, Ağdaş, Göyçay və Şamaxı rayonlarından fermerlər iştirak ediblər.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin tabeli qurumları, digər dövlət qurumları və özəl şirkətlərin nümayəndələri təmsil olunublar.

Festival zamanı fermerlər müxtəlif şirkətlərin təklif etdiyi kənd təsərrüfatı texnikalarının üzərinə yerləşdirilən və uzaqdan idarəedilən GPS texnologiyaları, müasir suvarma sistemləri, kənd təsərrüfatı texnikaları, toxum, gübrə, pestisid nümunələri və iqlimədost texnika və texnologiyalar ilə əyani tanış olub, istifadə qaydaları və texniki göstəriciləri barədə məlumat alıblar.

Festival çərçivəsində “Kənd təsərrüfatında iqlim dəyişikliyinin rolu və COP29 çərçivəsində həyata keçiriləcək tədbirlər”ə dair təqdimat keçirilib. Eyni zamanda, tədbir zamanı COP29 təşəbbüsünün prioritetlərinə uyğun olaraq su və torpaq resurslarından səmərəli istifadə, biomüxtəliflilik mövzularında videoçarxlar nümayiş olunub.

Həmçinin festivalda aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirməklə, maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün şərait yaradılıb. Belə ki, festivalda iştirak edən 10-a yaxın bank və bank olmayan kredit təşkilatı tərəfindən fermerlərə aqrar təyinatlı kreditlər, müxtəlif kredit məhsulları, aqrar kreditlərin kənd təsərrüfatında yaratdığı əlavə dəyər və digər məsələlərlə bağlı ətraflı məlumat verilib.

Tədbir çərçivəsində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və Azərbaycan Kənd Qadınları Assosiasiyasının qadın üzvləri öz məhsullarının nümayişini və satışını həyata keçiriblər. Bununla yanaşı, festivalda ən yaxşı qabaqcıl kənd təsərrüfatı təcrübələri barədə təlim olub.

Özəl şirkət tərəfindən arıçı fermerlər üçün “Bal arılarının varroa gənələrindən dərmansız təmizlənməsi və ekoloji təmiz bal istehsalı strategiyası” mövzusunda təlim keçirilib. Təlim zamanı arıların varroa gənələrindən təmizlənməsi prosesi fermerlərə əyani olaraq göstərilib.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu, İstehlak Mallarının Ekspertizası Mərkəzi və Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı ilə cari ildə Salyan, Yevlax, Masallı, Quba, Qazax, Qəbələ və İsmayıllı rayonları olmaqla, 7 iqtisadi rayonda Aqrar Biznes Festivalı keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
166
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12464
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
9166
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8721
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2496
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2188
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1950
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1818
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1645
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1227
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1028
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
773
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
545
Arda Gülər dayanmır, yenə fərqləndi -
501
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
437
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
422
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
419
Arda dubl etdi - VİDEO
412
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
400