AZ

Tlassemiya daşıyıcı olan ana öz övladını südlə qidalandıra bilər

Tlassemiya

Bakı, 8 may, AZƏRTAC

Bir sıra virus infeksiyaları qan köçürmə nəticəsində yoluxa bilir. Əgər talassemiya mayorlu anada Hepatit B, Hepatit C, HİV kimi infeksiyalar yoxdursa, ana övladını ana südü ilə qidalandıra bilər”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında mütəxəssis-ekspert, hematoloq Şəhla Şabanova bildirib.

Onun sözlərinə görə, həmin müddətdə ana mütləq Ca və Vitamin D profilaktik dozasını qəbul etməlidir: “Əgər həmin infeksiyaların varlığı anada təsdiqlənibsə, ana südü ilə körpənin yoluxma hallarını nəzərə alaraq süni qidadan istifadə edilməsi tövsiyə olunur. Digər hallarda isə istər talassemiya daşıyıcı, istərsə də aralıq forma talassemiyalı analar öz övladlarını ana südü ilə qidalandıra bilərlər”.

Həkim-hematoloq qeyd edib ki, aralıq formada periodik olaraq qan köçürməyə ehtiyac olduğu üçün yenə də infeksiya kontrolu unudulmamalıdır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
1
azertag.az

2Mənbələr