AZ

İlham Əliyev dini etiqad azadlığının və multimədəni harmoniyanın təminatçısı və himayəçisidir

Tolerantlığın tez-tez gündəmə gəlməsinin bir sıra səbəbləri mövcuddur. Bunlara dini qarşıdurmalar, dünyada geniş yayılan sosial gərginlikləri misal çəkə bilərik. Müasir dünyada tolerantlıq artıq sadəcə müxtəlif xalqlar arasında münasibətlərin tənzimlənməsi deyil, dövlətlər səviyyəsində xüsusi siyasi kurs kimi tətbiq edilən bəşəri bir dəyərə çevrilib. Tolerantlıq anlayışı əvvəllər daha çox qarşılıqlı münasibətlərdə ehtiva olunurdusa, indi isə xüsusi qanunlarla tənzimlənir, müxtəlif təşkilatlar və qurumlar tərəfindən qəbul olunan sənədlərdə vacib müddəa kimi öz əksini tapır.

 

Sfera.az bildirir ki, Azərbaycan Respublikası bir çox sahədə olduğu kimi dini tolerantlıq baxımından da dünyada yaxşı mənada seçilən ölkələrdəndir.

 

Ölkəmizdə heç bir dinlə bağlı problem mövcud deyil. İbadət yerlərinə getmək, dini ayinlər, bayramlar keçirmək üçün heç bir qadağa tətbiq edilməyib. Bu, yalnız İslam dininə şamil edilmir. Ölkəmiz bütün dinlərə qarşı eyni hörmət və diqqəti göstərir. Sadalananlardan Azərbaycanın dini, milli, irqi ayrıseçkilik məsələlərində nə qədər həssas olduğunu müşahidə edə bilərik.

 

15 iyun 1993-cu ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtdığı zaman belə ölkədə dinlə bağlı vəziyyət mürəkkəb idi. Azərbaycanı dinlə bağlı çətin situasiyadan çıxarmaq üçün yüksək təcrübəyə malik olan Heydər Əliyev Azərbaycan Respublikası Konstitusiyasında “Dini etiqad azadlığı haqqında” qanunda müəyyən dəyişikliklər etdi.

 

Ulu Öndər milli-dini dəyərlərimizin qorunmasında, İslam dininə ehtiram göstərilməsində, xalqımızın dini əqidəsinin möhkəmləndirilməsində öz əməli fəaliyyəti ilə böyük rol oynayıb. 25 illik müstəqilliyimiz dövründə isə bu ali dəyər qanunla qorunur. Belə ki, Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev hazırda ölkədə dini etiqad azadlığının və multimədəni harmoniyanın təminatçısı və himayəçisidir.

 

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyinin, Dini Mədəniyyətin İnkişafı Fondunun yaradılması bir daha göstərir ki, ölkəmizdə hərtərəfli inkişaf gedir. Bu müdrik siyasətin əsası Ulu Öndər Heydər Əliyevin zamanında qoyulub. Ümummilli Lider deyirdi ki, “Yüksək tolerantlıq yüksək mədəniyyətin təzahürüdür”.

 

Ümummilli liderin 21 iyun 2001-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin formalaşdırılması və dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldı.

 

Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük önəm verilib. Ölkəmizdə dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri yüksək səviyyədədir.

 

Əsas Qanunumuzda insan və vətəndaş hüquqlarına, azadlıqlarına ayrılmış fəsil 48 maddədən ibarət olmaqla, ən böyük fəsillərdən birini təşkil edir. Burada irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi mövqeyindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyi nəzərdə tutulmuş, insan və vətəndaş hüquqlarının və azadlıqlarının göstərilən əsaslara mənsubiyyətinə görə məhdudlaşdırılması qadağan edilib.  

 


Ümummilli liderin din sahəsindəki həyata keçirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmiz daxilində dinindən, dilindən, irqindən, cinsindən və etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaş bir-biri ilə mehriban münasibət qurur.

 

Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü "Bakı Prosesi"nin davam etdirilməsinin nəticəsi olaraq 2011-ci ilin aprelində dövlət başçısının təşəbbüsü və bilavasitə təşkilatçılığı ilə Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESCO kimi nüfuzlu qurumların dəstəklədikləri forum dünyada bu istiqamətdə reallaşan ilk mötəbər tədbir olub. Bütün bunlarla yanaşı, təhsildə, mədəniyyətdə və gənc nəslin tərbiyəsi ilə bağlı digər sahələrdə də yüksək dözümlülük mühitinin formalaşdırılması çağdaş dövrün başlıca vəzifələrindəndir. Azərbaycanda bu istiqamətdə konkret və effektli addımlar atılır.

 

Prezident İlham Əliyev mütəmadi olaraq dini icma rəhbərləri ilə görüşür, onların problemləri ilə maraqlanır, qayğısını heç bir zaman əskik etmir. Ölkə ərazisində mövcud olan dini ocaqların, məscidlərin, kilsə və sinaqoqların, ziyarətgahların əsaslı təmiri ilə bağlı göstərişlər verilir, dövlət tərəfindən maddi-mənəvi yardımlar göstərilir.

 

Xüsusilə, 44 günlük Vətən Müharibəsindən sonra azad edilən ərazilərimizdə ermənilərin İslam dininə qarşı qəsdən hansı əməllərin törətdiyinin şahidi olduq. Tarixi abidələrin dağıdılması, məscidlərdə qəsdən İslamda haram buyurulan donuzun saxlanılması, bunlarla yanaşı, ekologiyaya əhəmiyyətli dərəcədə zərərin verilməsi insanlığa sığmayan hərəkətlərdir. Prezident İlham Əliyev beynəlxalq konfranslarda iştirakı zamanı ermənilərin Azərbaycana qarşı bütün vəhşiliklərini dünya ictimaiyyətinə faktlarla çatdırdı.

 

İşğaldan azad etdiyimiz ərazilərdə düşmən tərəfindən dağıdılan məscidlərin, kilsələrin, tarixi abidələrin yenidən qurulması və fəaliyyətə verilməsi üçün dövlət tərəfindən hər il vəsait ayrılır. 

 

Qeyd etmək lazımdır ki, respublikamızda yaşayan hər bir vətəndaş dövlət başçısının dini sahədəki uğurlu siyasətini, gördüyü işləri dəstəkləyir, təqdir edir, yüksək qiymətləndirir.

 

Azərbaycan cəmiyyəti istər dini, istər milli zəmində tarixən üzləşdiyi sınaqlardan heç bir təxribatlara uymadan, üzüağ çıxıb. Məhz bunun nəticəsidir ki, biz bu gün “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” ilə bağlı mövzudan danışarkən böyük fəxr hissi ilə qeyd edə bilirik ki, Azərbaycan dini və milli zəmində dünyaya açıq dövlətdir.

 

Fidan
  
Mövzu: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

 


 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
15375
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11743
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9516
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3501
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2814
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2786
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2630
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2285
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1936
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1845
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1287
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
940
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
883
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
872
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
834
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
823
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
763
Mayın ilk gününün havası açıqlanıb
731
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721