AZ

Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı

Ermənistanda “Ehtiyatda olan zabitlər hərəkatı”, “Vətən qalxanı”, “Qarabağ müharibəsi veteranları ittifaqı”, “Sissakan” dəstəsi, “Vətənin səsi” ziyalılarının təşəbbüsü, Xocalı qatili Vitali Balasanyanın ofisi, “Qayıdış” Fondu və “Milli Qvardiya” arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatına qoşulduqlarını bəyan ediblər.

Bizim.Media erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı xüsusi bəyanat da verilib.

“Vətən uğrunda Tavuş” hərəkatı ümumerməni hərəkatına çevrilib. O, siyasi partiya ambisiyalarından kənara çıxır və yalnız milli xarakter daşıyır. Müzakirəsiz, xalqın iradəsini nəzərə alan hakim siyasi qüvvə milli problemləri bu şəkildə həll etmək iqtidarında deyil”,-deyə həmin bəyanatda deyilir.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
2
bizim.media

3Mənbələr