AZ

Naxçıvanın MİSTİK AURASI - Nuh peyğəmbərin abidəsindən VİDEOREPORTAJ 

Qədim və zəngin tarixə malik olan Naxçıvan Adəm peyğəmbərdən sonra bəşəriyyətin ikinci atası sayılan Nuh peyğəmbərin məzarüstü abidəsinə də baş çəkmişik. 

Naxçıvan şəhərinin Köhnə Qala adlanan ərazisində yerləşən Nuh peyğəmbərin məzarüstü abidəsi eramızdan əvvəl 6-cı minillikdə inşa edilib. 

Naxçıvan-Qala tarix-memarlıq-muzey kompleksinin bələdçisi Təhminə İsmayılova Bizim.Media-ya açıqlamasında abidə bağlı maraqlı faktları açıqlayıb. O, qeyd edib ki, indiyədək Nuh peyğəmbərin məzarüstü abidəsi 3 dəfə bərpa edilib.

Abidə birinci dəfə 8-ci əsrdə ərəblər, 2-ci dəfə Atabəy-Eldənizlər dövləti tərəfindən bərpa edilib.

Üçüncü dəfə 2006-2008-ci illərdə bərpa edilən Nuh peyğəmbərin məzarüstü abidəsi yerli və xarici turistlərin ən çox baş çəkdiyi maraqlı tarixi abidələrdəndir.

Təhminə İsmayılova Nuh peyğəmbərlə bağlı rəvayətlərdən, Naxçıvanda mövcud olan toponimlər və el deyimlərindən də söz açıb. 

Daha ətraflı videoreportajda:
 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
bizim.media

1Mənbələr