AZ

Markinyos: “Heç kəs bu qədər uzağa gedəcəyimizə inanmırdı”

PSJ-nin braziliyalı mərkəz müdafiəçisi və kapitanı Markinyos Fransa nəhənginin Çempionlar Liqasını tərk etməsinə münasibətini açıqlayıb.

Arena.az xatırladır ki, PSJ mötəbər yarışın yarımfinal mərhələsinin hər iki oyununda Dortmund “Borussiya”sına 0:1 hesabı ilə məğlub olaraq, mübarizəsinə xitam verib.

“Bizdə səmərəlilik yox idi. “Borussiya” künc zərbəsindən və dərindən hücumla qol vurdu – hər iki halda xırda məqamlarda uyğunluğumuz çatışmırdı. Bu gün rəqibimizdən daha çox imkanımz oldu, amma sadəcə olaraq səmərəmiz yox idi, “Borussiya”nın isə vardı. Bu yarış başlamazdan əvvəl heç kim bu qədər irəli gedəcəyimizə inanmırdı. Çox yol keçdik və yarımfinalda məğlub olduq. Düşünürəm ki, bu, bütün klubumuzun gələcəyi üçün yaxşı bir xatirədir” – “Canal+ Sport” televiziya kanalı Markinyosdan sitat gətirir.

Xatırladaq ki, Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sı “Real” – “Bayern” cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar yarımfinalın cavab oyununu bu gün, mayın 8-də keçirəcəklər.

UEFA Çempionlar Liqasının final oyunu iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla