AZ

Fikirləşirlər ki, qiymət baha olsa, taksilərdən daha az istifadə ediləcək -RƏY

“Bolt” taksi şirkəti sifarişlərin qiymətini 10% qaldırıb.                                                
Bununla bağlı məlumat sosial şəbəkədə yayılıb. Məsələ ilə bağlı “Bolt” taksi şirkətinə sorğu ünvanladıq.                                
Şirkətin səlahiyyətli nümayəndəsi Oxu.Az-ın sorğusuna cavab olaraq qiymətin qalxması faktını təsdiqlədi. Onun sözlərinə görə, qiymət 10% yox, 9% qalxıb. Açıqlamada qeyd olunur ki, qəbul olunan yeni qərara əsasən, istehsal tarixi 15 ildən artıq olan nəqliyyat vasitələrinin taksi minik avtomobilləri ilə sərnişindaşımalarında istismarı qadağandır. Bu səbəblə ili daha köhnə olan nəqliyyat vasitələrinə sistem üzərindən sifarişlərin verilməsi mərhələli şəkildə dayandırılır.                          
“Qeyd olunan proses davam edəcək. Əlavə olaraq bildirək ki, sistemdə sifarişlər “tələb-təklif” prinsipi əsasında formalaşır.                                                    
İstehsal tarixi 15 ilə qədər olan nəqliyyat vasitələrinin sahibləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edərək buraxılış kartı alsınlar. Mövcud tələblə bağlı qərar hazırda quvvədədir. 1 iyul 2024-cü il tarixindən etibarən isə yalnız istehsal tarixi səkkiz ilə qədər olan nəqliyyat vasitələrinə buraxılış kartı veriləcək”, - deyə açıqlamada qeyd olunur.

Məsələni dəyərləndirən iqtisadçı ekspert Xalid Kərimli "Sherg.az"a bildirib ki, qərarları hökumət verdiyi üçün hökumət nümayəndələrinin bu konteksdəki fikirləri maraqlıdır: 
"Çünki onlar bu strategiyaları izləyirlər. Burada iki əsas nüans diqqəti cəlb edir. Birincisi, taksi qiymətin qaldırılmasının məqsədli şəkildə müəyyənləşdirilməsidir. İkincisi isə xidmətin keyfiyyətin artırılması, təhlükəsizliyin yaxşılaşdırılmasıdır. Təbii ki, təhlükəsiz xidmətin təşkili qiymətin artırılmasına gətirib çıxarır. Son zamanlar ekoloji məsələlərin ön plana çəkilib. Həmçinin, ölkəyə gətirilən avtomobillərin yaş aralığına da məhdudiyyət qoyulub. Bir çox digər ekoloji addımlar atılıb. Hibrid, elektrik mühərrikli nəqliyyat vasitələrinin ölkəyə cəlb edilməsi üçün vergi güzəştləri tətbiq olunur. Yəni, burada tək məqsəd taksi qiymətlərinin qaldırmaq deyil. Əks təqdirdə dövlət bununla bağlı başqa qərar qəbul edərək standartlar müəyyən edərdi. Digər tərəfdən qiymətin artırılmasından məmnundurlar. Çünki fikirləşirlər ki, qiymət baha olsa, taksilərdən daha az adam istifadə edəcək. Taksilərin çox ucuz olması ictimai nəqliyyata marağı azaldır. Lakin mənfi cəhət ondan ibarətdir ki, bu qərarlar ictimai nəqliyyat inkişaf etdirildikdən sonra qəbul edilməlidir".

Ekspert vurğulayıb ki, hazırda şəhərdə piyada gəzmək çox təhlükəlidir:
"Hərəkət üçün heç bir standartlar, ardıcıllıq yoxdur. Mərkəzi küçələrdə volosiped zolaqları çəkməklə problem həll olunmur. Səhər və axşam vaxtlarında metroya minmək olmur. Bir gövdə üzərində metro xətləri quraşdırılıb. Bakıdan fərqli olaraq, Moskva kimi böyük şəhərdə vətəndaşlar metrodan daha rahat istifadə edirlər. Fikrimcə, ictimai nəqliyyatın problemlərini həll etmədən kifayyət qədər rəqabətli sahə olan taksinin üzərinə düşmək tələsik, sistemsiz addımlardır".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
11981
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8598
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
8434
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2346
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2069
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1893
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1769
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1502
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1158
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
933
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
727
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
528
Arda Gülər dayanmır, yenə fərqləndi -
466
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
428
Arda dubl etdi - VİDEO
372
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
368
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
363
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
362