AZ

Talassemiya irsi xəstəlik olub, valideynlərdən övladlara ötürülür - SN

Talassemiya irsi xəstəlik olub, valideynlərdən övladlara ötürülür. Anadangəlmə olduğu üçün həyatın ilk aylarından, təxminən 6 ayından etibarən özünü büruzə verir.

Olaylar xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi "İnstagram" hesabında nazirliyin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova deyib.

Hematoloq bildirib ki, nə kimi şikayət və hansı yaş qrupunda məlum ola bilər sualını cavablamaq üçün ilk növbədə talassemiya xəstəsi və daşıyıcısı anlamındakı fərqləri bilmək lazımdır:

"Talassemiya hemolitik anemiya qrupuna aid olaraq, Alfa və Beta -2 tipi var. Alfa Talassemiyada alfa zəncirlərinin, Beta Talassemiyada Beta zəncirlərinin tam və ya qismi çatışmazlığı mövcuddur. Daha çox qarşılaşdığımız variant Beta Talassemiyadır. Beta Talassemiya da öz növbəsində 4 subqrupa ayrılır".

Ş.Şabanova qeyd edib ki, səssiz daşıyıcılıq alttipində fərddə klinik və laborator bir dəyişiklik olmur, Hg səviyyəsi adətən normal, MCV (eritrositlərin orta həcmi) nisbətən azalmış olur. Bir çox halda Talassemiya Minima diqqətdən yayına bilir, bəzən Talassemiya xəstəsi övladı doğulduqda hər iki valideynin də səssiz daşıyıcı olduğu məlum olur:

"Beta Talassemiya Minor və ya xalq arasında bilinən Talassemiya daşıyıcılığında isə, rutin qan analizi izlənilməzsə, əksər halda xəstəlik aşkarlanmayacaq dərəcədə səssiz keçir. Hemoqlobin səviyyəsi bəzən norma daxilində, bəzən isə normadan 1-2 g/dl az olması ilə fərqlənir.

Digər parametrlərdə dəyişiklik (RBC yüksəkliyi, MCV, MCH -ın aşağı olması və s) Adətən heç bir şikayətlə xarakterizə olmur. Talassemiya daşıyıcısında övlad qüsurlu geni valideynlərin birindən alır. Hg səviyyəsi adətən 9,5 -11.5 g/dl arasında olur ki, hemotransfuziya, yəni qan köçürmə ehtiyacı olmur. Xüsusi müalicəsi yoxdur".

Hematoloq Beta Talassemiya Mayor (Cooley Anemiyası) ciddi şikayətlərlə özünü göstərən, dərin qan azlığı Hg 3-5 g/dl olan və 2-3 həftədən bir qan köçürmə gərəkliliyi yaranan növün olduğunu qeyd edib:

"Sümük sistemində dəyişikliklər, dalaq böyüməsi, orqanlarda dəmir yüklənməsinə bağlı paralel şikayətlərlə xarakterizə olur. Talassemiya xəstəliyi aşkarlanan övladda hər iki valideyin qüsurlu gen daşıyıcısıdır.

Beta Talassemiya İntermedia və ya Aralıq forma, Minor və Mayor növlər arasında yer alır. Hemoqlobin səviyyəsi 6-9 g/dl arasında dəyişir və qan azlığına xas şikayətlər olur. Həyatı boyu bir neçə dəfə qan köçürməsinə ehtiyac yaranır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12432
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
9148
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8713
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2491
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2187
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1939
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1817
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1641
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1227
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1018
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
771
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
544
Arda Gülər dayanmır, yenə fərqləndi -
500
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
436
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
419
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
416
Arda dubl etdi - VİDEO
411
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
400