AZ

SEPAH zabitlərinin yeniyetmə etirazçını zorladığı və öldürdüyü haqda BBC xəbərini İran inkar edir

İran ədliyyəsi ötən həftə BBC-nin Məhsa Əmininin ölümündən sonra vüsət alan 2022-ci il etirazları zamanı yeniyetmə qızın İnqilab Keşikçiləri tərəfindən cinsi təcavüzə məruz qalması və öldürülməsi ilə bağlı xəbərini rədd edib.

2022-ci ilin sentyabrında 22 yaşlı iranlı kürd Əmininin İslam respublikasının qadınlar üçün sərt geyim qaydalarını pozduğu iddiası ilə Tehranda əxlaq polisi tərəfindən həbsindən sonra bütün İran boyu etirazlar baş qaldırmışdı.

Sentyabrın 20-də paytaxt Tehranda keçirilən həmin nümayişlərdən birinə qatıldıqdan sonra yoxa çıxan 16 yaşlı Nika Şakərəminin cəsədi bir həftədən sonra tapılmışdı.

O zaman İran hakimiyyəti ölümün etirazlarla əlaqəli olduğunu inkar edərək qızın özünü onun binadan ataraq intihar etdiyini bildirmişdi.

Lakin BBC-nin bu həftəki hesabatında yeniyetmənin İslam İnqilabı Keşikçiləri Korpusunun üzvləri tərəfindən həbs olunduqdan sonra cinsi təcavüzə məruz qalması və öldürülməsi iddiaları yer alır.

BBC News öz saytındakı məqalədə İran rəsmilərinin inkarına dərhal şərh vermədiyini söyləyib.

"BBC World-ün Nika Şakərəmi ilə bağlı qondarma araşdırma hesabatı göstərdi ki, bu media orqanı ... həqiqətə və reallığa sadiq deyil," ədliyyə sisteminin Mizan Online saytında yerləşdirilən bəyanatda deyilir.

Bəyanatda əlavə edilir ki, hesabat Britaniya yayımçısının “sənədləşdirilmiş hesabatın ən əsas prinsipinə - yəni mənbələri və sənədləri yoxlamaq və təsdiqləmək mümkünlüyünə diqqət yetirməyib və diqqət yetirmir”.

Tehranın Qanuni Təbabət Təşkilatından qaynaqlanan bir sıra fotoşəkillərin və sənədlərin əks olunduğu bəyanatda təcavüz iddiası rədd edilir və yeniyetmənin guya intihar etdiyi bildirilir.

Əminin ölümündən sonra aylarla davam edən iğtişaşlar zəminində onlarla təhlükəsizlik işçisi də daxil olmaqla yüzlərlə insanın öldürüldüyü və minlərlə daha çox insanın həbs edildiyini təxmin edilir.

İran rəsmiləri etirazları iğtişaş kimi qələmə verib və Tehranın xarici düşmənlərini iğtişaşları qızışdırmaqda ittiham ediblər.

Etirazlar əsnasında təhlükəsizlik qüvvələrinə qarşı qətllər və digər zorakılıqlar ittihamları ilə indiyədək doqquz adam edam edilib.

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
11067
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8309
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
5904
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1963
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1756
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1714
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1581
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1228
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
891
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
804
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
709
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
614
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
429
Arda Gülər dayanmır, yenə fərqləndi -
409
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
391
Arda dubl etdi - VİDEO
326
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
320
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
303
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
270