AZ

Casus proqramı nədir?

Bakı. Trend:

Casus proqramları istifadəçinin icazəsi olmadan kompüterdənməlumatları oğurlamaq üçün nəzərdə tutulmuş zərərliproqramlardandır.

Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətiməlumat yayıb.

Bu proqramlardan qorunmaq üçün isə siz mütəmadi olaraqcihazlarınızın skanını həyata keçirməli, antivirus proqramlarındanistifadə etməli, eləcə də qeyd olunan digər məqamlara diqqətyetirməlisiniz.

Təhlükəsizliyiniz üçün:

1) Antivirus proqramlarından istifadə edin. Antivirusproqramları potensial təhlükələri aşkar etmək və aradan qaldırmaqüçün yaxşı vasitədir.

2) Zərərli proqramlar, o cümlədən casus proqramlar üçüncihazınızın müntəzəm skanını həyata keçirin.

3) Etibarsız və ya tanış olmayan mənbələrdən program təminatıyükləməkdən çəkinin.

4) Proqramı yükləyərkən rəyləri oxuyun və proqram təminatçısınıngöstəricilərinə nəzər yetirin.

5) Əməliyyat sisteminizi, brauzerinizi, antivirus və digərproqramlarınızı ən son təhlükəsizlik yenilikləri ilə güncəlsaxladığınızdan əmin olun.

6) Şübhəli linklərə klikləməkdən və naməlum e-poçtlardanəlavələri yükləməkdən çəkinin.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
az.trend.az

1Mənbələr