AZ

"Qalatasaray"dan ÇL heyəti: Mertensin yanında daha bir 10 nömrə

Türkiyə Super Liqasında çempionluq uğrunda mübarizə aparan "Qalatasaray" transfer çalışmalarını davam etdirir.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar"ın daxili transferlərdə bir nömrəli gündəmi Dris Mertensdir. 37 yaşlı Dris Mertenslə yeni müqavilə danışıqlarını davam etdirən "Qalatasaray" Çempionlar Liqasını da nəzərə alaraq təcrübəli adına gənc 10 nömrə transfer etmək istəyir.

Baha olduğu üçün Rafa Silvadan imtina edən "Qalatasaray"da 10 nömrə axtarışlarının davam etdiyi bildirilirdi.

Bu mövsüm bütün turnirlərdə 48 matça çıxan və 3081 dəqiqə meydanda olan Mertens 11 qol vurub, 17 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
163
6
Mənbələr
Şərh ()
Bağla