AZ

Dövlət qurumu Türk şirkətləri ilə 6,3 milyonluq müqavilələr - İMZALADI

Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza Xilasetmə Xidməti neft dağılmalarına qarşı mübarizə məqsədilə elan etdiyi 2 tenderə yekun vurub.

Türk şirkəti bina tikintisi müqabilində 42,5 milyon - QAZANACAQ

FED.az xəbər verir ki, “Neft dağılmalarına qarşı mübarizə üçün nəzərdə tutulmuş katerlərin satınalınması” tenderinin qalibi Mts Motor Parçaları ve Otomotiv Sanayi Ticaret Limited Şirketi, “Neft dağılmalarına qarşı mübarizə avadanlıqlarının satınalınması” tenderinin qalibi isə Novar Makina Mühendislik Sanayi Ticaret Limited Şirketi olub.

Dövlət qurumu müvafiq olaraq katerlərin alınması üzrə qalib şirkətlə 2 600 000 manat, avadanlıqlarının alınması üzrə isə 3 737 650 manat məbləğində müqavilələr imzalayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla