AZ

Gəncədə kənd təsərrüfatının vəziyyəti üzrə göstəricilər - MƏLUM OLDU

2024-cü ilin məhsulu üçün Gəncə şəhəri üzrə 63,2 hektar kənd təsərrüfatı bitkiləri əkilib.

FED.az xəbər verir ki, bu barədə Gəncə Şəhər Statistika İdarəsindən bildirilib.

Əkilmiş məhsulların 29,0 hektarını arpa, 34,2 hektarını tərəvəz bitkiləri təşkil edib. 

 2024-cü ilin may ayının 1-i vəziyyətinə təsərrüfatlarda 716 baş iribuynuzlu mal-qara  (ondan 292 baş inək və camış), 1177 baş qoyun və keçi, 32 baş donuz mövcud olub.

Gəncə şəhərində 2024-cü ilin  yanvar-mart aylarında heyvandarlıq bölməsində 69,8 ton ət diri çəkidə, 156,7 ton süd, 280 min ədəd yumurta istehsal edilib.

2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 36,4 ton və ya 2,1 dəfə, süd istehsalı 14,3 ton və ya 10,0 faiz, yumurta istehsalı 1 min ədəd və ya 0,4 faiz artıb.  

 2024-cü ilin yanvar-mart aylarında kənd təsərrüfatının  ümumi məhsulu faktiki qiymətlərlə 1,3 milyon manat təşkil edib və heyvandarlıq məhsullarından ibarət olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
1
fed.az

2Mənbələr