AZ

“Kəpəz” 8500 manatlıq cəzaya etiraz etməyəcək

“Kəpəz” AFFA İntizam Komitəsinin bu gün verdiyi qərarlardan narazı deyil. Gəncəlilər bu səbəbdən apelliyasiya şikayətinə ehtiyac duymayacaq.

Klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev futbolinfo.az-ın sorğusuna cavab olaraq bildirib ki, oyunda başverənlərlə bağlı baş məşqçi Adil Şükürov cəzalananlarla proflaktik söhbət aparacaq. Günahı olanlarla bağlı daxili intizam kodeksinə uyğun qərar qəbul olunacaq.

Xatırladaq ki, Tovuzda baş tutan “Sumqayıt”la oyunda “Kəpəz”in futbolçusu Olavale Onanuqa hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Kəpəz” klubu 3000 manat cərimə edilib. Martins Junior ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra rəqib komandanın texniki zonasına qeyri-etik ifadələr işlətdiyinə, onları təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klubu əlavə olaraq 3000 manat cərimə edilib. Gəncəlilər həmçinin 4 futbolçusu sarı vərəqə aldığı üçün 700, azarkeşlər tərəfindən meydançaya kənar əşyalar atıldığına görə 800 manat cərimə edilib. Bundan başqa “Kəpəz”in azarkeşləri tərəfindən hakimlər kütləvi şəkildə təhqir edildiyinə görə klub daha 1000 manat (cəmi 8500) ödəyəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
futbolinfo.az

1Mənbələr