AZ

Moldova və Ukraynanın Aİ-yə qoşulması ilə bağlı danışıqlar iyunun sonuna qədər başlaya bilər

Avropa İttifaqının Moldovadakı səfiri Janis Mazeiks Moldova və Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların iyunun sonuna qədər başlaya biləcəyini bildirib.

O, bu barədə "TV8 YouTube" kanalında deyib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı məsləhətləşmələr hələ də davam edir.

“Bu (danışıqların iyunun sonuna qədər başlaması. - Red.) tamamilə mümkündür. Danışıqlar üçün yaşıl işıq artıq dekabrda yandırılmışdı. Amma elə məlumatlar var ki, həqiqətən də iyunun sonunadək danışıqlara başlamaq mümkündür”, - o qeyd edib.

Mazeiks əlavə edib ki, Moldova və Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamaq qərarı birgə qəbul edilə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla