AZ

İdman şərhçisi baş məşqçiyə qarşı: “Bu iddia cəfəngiyatdır”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov legioner limitinin olduğu kimi saxlanılmasını istəyib. Təcrübəli mütəxəssis gələn mövsüm də əcnəbi senzinin indiki kimi (7+4) qalmasına tərəfdar olduğunu bildirib. Onun fikri artıq AFFA-nın yeni rəhbərliyinin diqqətinə çatdırılıb. Q.Qurbanov hesab edir ki, limitin 8+3-ə dəyişməsi Premyer Liqanın səviyyəsini artırmayacaq. “Şöhrət” ordenli çalışdırıcı bu qənaətdədir ki, çempionatın inkişafı iştirakçı sayının artırılmasından və onlara ayrılacaq büdcədən asılıdır.

Mövzu ilə bağlı Medianews.az-a danışan idman şərhçisi Natiq Muxtarlı baş məşqçi Q.Qurbanovun fikirləri ilə razılaşmadığını dilə gətirib.

O qeyd edib ki, legioner limitinə üstünlük verilməsinin nəticəsi olaraq, bu gün inkişaf etmiş yerli futbolçuya rast gəlmək mümkün deyil: “Qurban Qurbanovun legioner limiti ilə bağlı fikrinə hörmətlə yanaşıram, amma bunu qəbul etmirəm. Uzun illər Azərbaycanda belə bir düşüncə hökm sürüb: Legioner limiti ona görə lazımdır ki, yerli futbolçular inkişaf etsin. Elə isə sual yaranır: Hanı bu illər ərzində legioner limitinin üstünlüyündən yararlanıb inkişaf edən yerli futbolçu? Yoxdur belə futbolçu. Deməli, bu iddia cəfəngiyatdır”.

N.Muxtarlı deyib ki, legioner limitinin tətbiqi yerli futbolçuların inkişafına təkan vermir, əksinə onları inkişafdan saxlayır: “Niyə? Ona görə ki, rəqabətsizlik yaranır. Yerli futbolçu hansı formada olmasından asılı olmayaraq, meydana çıxacağını bilir. Yəni, bir komanda məcburdur ki, hər oyunda start heyətinə 4 yerli futbolçu salsın. Bu yerli futbolçu əcnəbindən güclüdür? Bu sualın heç bir əhəmiyyəti qalmır. Yerli futbolçu heç bir rəqabət olmadan start heyətində yerini təmin edir. Biz limitin vurduğu zərəri görə-görə gəlmişik. Limitin 6+5 olduğu vaxtlarda vəziyyət daha acınacaqlı idi. Yerli futbolçuların qiyməti fantastik həddə qalxmışdı. Onlar az qala klubları şantaj edirdilər, ayda 50 min manat məvacibə oynamaq istəmirdilər. İllik 1 milyon manat tələb edirdilər. Klublar isə onların şantajına boyun əyirdilər. Çünki ölkədə futbolçu qıtlığı var, AFFA isə tələb edir ki, yerli start heyətində olmalıdır. Buna görə də, məcbur qalıb onlara istədikləri məvacibi verirdilər”.

İdman şərhçisinin qənaətincə, legioner limiti olmamalıdır: “Nə verdi həmin dövr Azərbaycan futboluna? Milyonların itkisindən savayı heç nə. Qurban Qurbanov bu dövrü keçib axı, bu proseslərin içində olub axı. İndi hansı əsasla deyir ki, legioner limiti olmalıdır? Olmamalıdır legioner limiti. Tamamilə ləğv edilməlidir. Qoy yerli futbolçu zəhmət çəkib legionerlə rəqabət aparsın, start heyətindəki yerini haqq etsin. Bu limitin ucbatından yerli futbolçular xaricə də getmək istəmirlər. Niyə də getsinlər ki? Burada kifayət qədər qazanırlarsa, xaricdə oynamaq onların marağında deyil. Bax budur legioner limitinin Azərbaycan futboluna “xeyri”. Bu “xeyir”dən  imtina etməsək, futbolumuz heç vaxt xeyir tapmayacaq”.

Vüqar MƏMMƏDOV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
9835
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
7932
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1579
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
1541
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1500
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1480
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1462
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
934
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
660
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
541
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
533
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
483
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
373
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
352
Arda Gülər dayanmır, yenə fərqləndi -
311
Arda dubl etdi - VİDEO
290
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
267
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
228
ОТГ поздравила азербайджанский народ с Днем Государственного Флага-ФОТО
220