AZ

Eldəniz Əzizli: “İstanbulda onlardan lisenziya gözləyirəm” – MÜSAHİBƏ

Azərbaycan millisinin yunan-Roma güləşçisi Eldəniz Əzizlinin İdman.biz saytına müsahibəsi

- Sabah Türkiyədə Dünya Olimpiya Təsnifat Turniri start götürəcək. Komanda yoldaşlarının yarışa tam hazır olduğunu düşünürsən?

- Hər biri hazırdır. Həm fiziki, həm də taktiki-texniki cəhətdən yaxşı hazırlıq keçiblər.

- Bakıdakı Avropa Təsnifat Turniri ilə müqayisədə 3 çəkidə dəyişikliklər olub. Sizcə, bu xeyrimizə işləyəcək?

- Bəli, 60 kq, 87 kq və 130 kq-da Bakıda güləşənlər olmayacaq. Ümid edirəm ki, İstanbuldan yaxşı nəticə ilə dönəcəklər. Fikrimcə, yarışı bizim üçün uğurlu olacaq. Dəyişikliklərə gəldikdə, bu, həm federasiya, həm də məşqçilər heyətinin qərarıdır. İdmançılar bununla razılaşmalı və yarışda yaxşı iştirak etməlidirlər.

- Bəs kimlərdən lisenziya gözləyirsən?

- Bugünkü püşkdən çox şey asılı olacaq. Arzu edirəm ki, güləşçilərimiz üçün püşk yaxşı alınsın və daha asan rəqiblərlə düşsünlər. 4 çəkidə də lisenziya qazanacağımızı düşünürəm. Bunu çox istəyirəm. Fikrimcə, 2 nəfərin bunu bacaracağı daha real görünür. Amma hansı çəkilər olduğunu deməyəcəm.

- Zədən nə yerdədir? Tam olaraq məşqlərə qayıtmısan?

- Zədəm artıq sağalıb. Komanda ilə bərabər 2-ci təlim-məşq toplanışına qatılımışam. Hər şey yaxşıdır.

- Azarkeşlər Eldəniz Əzizlini nə vaxt xalçada izləyə biləcəklər?

- Məqsədim oktyabrda dünya çempionatında iştirak etməkdir. Ölkəmizdə 4 qat dünya çempionu yoxdur. Ümid edirəm ki, çempion olub yeni tarix yaza bilərəm.

Emin Ağa
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla