AZ

“Ukraynada sülh o zaman mümkündür ki...” - İtaliya prezidenti Kremli ittiham etdi

İtaliya Ukraynanın ərazi bütövlüyünün bərpasına alternativ tanımır.

“AzPolitika” xəbər verir ki, İtaliya Prezidenti Sercio Mattarella BMT Baş Assambleyasındakı çıxışında ölkəsinin birmənalı mövqeyini ifadə edib. O, bildirib ki, Ukraynada sülh o zaman mümkündür ki, bu ölkənin suverenliyi və ərazi bütövlüyü bərpa olunsun. Rusiya isə anlasın ki, təcavüzə görə heç kim mükafatlandırılmır.

Mattarella qeyd edib ki, hazırda G7-yə sədrlik edən İtaliya və bir çox beynəlxalq tərəfdaşlar BMT Nizamnaməsinin pozulması ilə hücuma məruz qalan dövlətlərlə həmrəylik prinsipini dəstəkləmək üçün Ukraynanın müdafiəsinə qalxıblar: “Heç bir dövlət, nə qədər güclü və ya təhdid edici nüvə arsenalına malik olsa da, sanksiyalara məruz qalmadan başqa bir ölkənin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi kimi prinsipləri pozmaq barədə düşünə bilməz”.

Mattarella Sovet İttifaqının dağılmasının Avropaya yeni ümidlər gətirdiyini deyib və müharibənin “Avropa qitəsinin ürəyinə” qaytarılmasına görə Rusiyanın böyük tarixi məsuliyyət daşıdığını qeyd edib.

İtaliya prezidenti vurğulayıb ki, Rusiyanın Ukraynaya müdaxiləsi təkcə regional münaqişə deyil. Onun sözlərinə görə, Ukraynadakı müharibə xüsusilə Afrikanın bəzi bölgələrində ərzaq və enerji çatışmazlığına səbəb olub.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
11084
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8310
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
5958
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1964
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1760
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1715
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1586
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1232
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
909
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
813
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
713
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
614
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
434
Arda Gülər dayanmır, yenə fərqləndi -
409
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
391
Arda dubl etdi - VİDEO
326
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
320
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
307
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
270