AZ

PSJ bu göstəricidə ÇL-in ən pis nəticəyə sahib komandasıdır

Məlum olduğu kimi, Fransa nəhəngi PSJ cari mövsüm Çempionlar Liqasının yarımfinal mərhələsində iştirakına xiram verib.

Arena.az xatırladır ki, Paris klubu hər iki oyunda Dortmund “Borussiya”sına 0:1 hesabı ilə məğlub olub.

Beləliklə, Fransa çempionu Çempionlar Liqasının yarımfinal mərhələsində keçirdiyi 7 oyundan 6-da məğlubiyyət acısı yaşayıb ki, bu da müvafiq mərhələdə ən azı 5 oyun keçirmiş komandalar arasında ən pis nəticədir. Faiz olaraq bu göstərici 86%-dir.

Çempionlar Liqasının yarımfinalında PSJ-nin yeganə qələbəsi 2020-ci ildə “Leypsiq”lə oyuna təsadüf edir – 3:0. Həmin mövsüm ələmə mərhələsinin oyunları koronavirus pandemiyası səbəbindən 1 oyundan ibarət oynanılmış, finalda isə aris təmsilçisini Almaniya nəhəngi “Bayern” məğlub etmişdi – 1:0.

Xatırladaq ki, Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sı “Real” – “Bayern” cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar yarımfinalın cavab oyununu bu gün, mayın 8-də keçirəcəklər.
UEFA Çempionlar Liqasının final oyunu iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla