AZ

İsveç Mərkəzi Bankı faiz dərəcəsini aşağı salıb

2016-cı ildən bəri ilk dəfə olaraq, İsveç Mərkəzi Bankı faiz dərəcəsini azaldıb.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bununla bağlı İsveç Mərkəzi Bankı (Riksbank) açıqlama verib.

Bankdan verilən açıqlamada uçot dərəcəsinin 0,25 baza azalaraq 3,75 faizə endirildiyi bildirilib. 

Pul siyasətinin daha da yumşaldılmasının mümkün ola biləcəyi vurğulanan açıqlamada "İqtisadi fəaliyyət zəif olarsa və inflyasiya yüksələrsə, pul siyasəti yumşaldıla bilər" deyə qeyd olunub.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla