AZ

Gürcüstan ukraynalıların iştirakı ilə keçirilən mitinqlərdə iğtişaşlara hazırlıq barədə məlumat verib

Tbilisidə xarici agentlərlə bağlı qanun layihəsinə qarşı keçirilən mitinqlərdə ukraynalı könüllülərin iştirakı ilə iğtişaşlar hazırlanır.

Bu barədə TASS-a Gürcüstanın kəşfiyyat xidmətindəki mənbələr məlumat verib.

Agentliyin məlumatına görə, könüllülər etiraz aksiyalarının təşkili üçün xaricdən kriptovalyuta şəklində pul alacaqlar. Gürcüstan kəşfiyyatı əlavə edib ki, etirazlar və iğtişaşların köməyi ilə hakimiyyəti zorla ələ keçirməyə çalışırlar.

Bundan əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili ölkə hökumətinin ölkənin Avropayönlü kursunu müəyyən edən Konstitusiyaya hücum etdiyini bildirib. Onun sözlərinə görə, bir neçə gün əvvəl Tbilisidə hökumət tərəfdarlarının mitinqində Gürcüstanın siyasi kursunun dəyişməsi ilə bağlı “təxribat xarakterli” bəyanatlar səsləndirilib.

Mənbə: TASS

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
dogru.az

1Mənbələr