AZ

İsrail daha 30 fələstinlini həbs edib

İsrail

İsrail oktyabrın 7-dən bəri İordan çayının qərb sahilində həbsləri davam etdirir.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Dərnəyi məlumat paylaşıb.

Son məlumata görə, İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilindəki Tulkərim, Nablus, Cenin, Ramallah, Yerixo, Beytüllahm, Hebron və Qüds şəhərlərində son 24 saatda daha 30 fələstinlini həbs edib: "Bununla da ötənilin 7 oktyabrdan bəri işğal altındakı İordan çayının qərb sahilində saxlanılan fələstinlilərin sayı 8 min 640-a yüksəlib".

E.ARAZ
Reyting.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla

Reytinq