AZ

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb - YENİLƏNİB

İsmayıllıda
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ayaz Həbibulla oğlu Ağayevlə İsmayıllı rayonunun Hacıhətəmli kəndində keçirilən vida mərasimi başa çatıb. 1news.az-ın “Report”a istinadən məlumatına görə, şəhidin nəşi dəfn olunmaq üçün Hacıhətəmli kənd qəbiristanlığına aparılır.
14:31 Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ayaz Həbibulla oğlu Ağayevin meyitinin qalıqları İsmayıllı rayonuna gətirilib. 1news.az-ın “Report”a istinadən məlumatına görə, şəhidin nəşi rayonun Hacıhətəmli kəndində ailəsinə təhvil verilib. Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir. Qeyd edək ki, Ayaz Həbibulla oğlu Ağayev 1975-ci il avqustun 29-da anadan olub. O, 1994-cü ilin yanvarın 26-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb. A.Ağayev Hacıhətəmli kənd qəbiristanlığında dəfn olunacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
14
1news.az

10Mənbələr