AZ

Bir qrup hərbi qulluqçuya mənzillər təqdim edilib (FOTO)

Bakı. Trend:

“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbiqulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləribarədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci iltarixli Fərmanının icrasının təmin edilməsi məqsədilə 20 təqvim ilivə daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara (hərbixidmətdə olan, ehtiyata buraxılmış hərbi qulluqçular və ya onlarınvarislərinə) daimi mənzillərin verilməsi prosesi davam edir.

Trend bu barədə MüdafiəNazirliyinə istinadən xəbər verir.

Mayın 8-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzindəqüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya növbəti daimimənzillərin verilməsi ilə bağlı tədbir keçirilib.

Tədbirdə Müdafiə Nazirliyinin müvafiq qurumlarınınnümayəndələri, media mənsubları, xidmətdə və ehtiyatda olan hərbiqulluqçular və onların ailə üzvləri iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizinərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi birdəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının DövlətHimni səsləndirilib.

Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və Birincivitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısısayəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin günbəgünyaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətindəgörülən işlərin müsbət nəticələrindən danışıblar.

Bildirilib ki, 2023-cü il dekabrın 8-də Azərbaycan OrdusununTəlim və Tədris Mərkəzində "Daimi mənzillərin verilməsi üzrə mənzilkomissiyası" tərəfindən hərbi qulluqçuların ailə tərkibi, şəffaflıqvə ədalətlilik, eləcə də növbəlik prinsipi nəzərə alınmaqlapüşkatma mərasimi keçirilib. Seçim əsasında Abşeron rayonu, BakınınSabunçu və Suraxanı rayonlarında ümumilikdə 473 mənzil xidmətdəolan və ehtiyata buraxılmış hərbi qulluqçular, eləcə də vəfat etmişhərbi qulluqçuların varisləri arasında bölüşdürülüb.

Hərbi qulluqçular da öz növbələrində göstərilən hərtərəflidiqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və MüdafiəNazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Bir
Bir
Bir
Bir
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
24
az.trend.az

10Mənbələr