AZ

Türkiyədə iqtidar-müxalifət yaxınlaşması nədən xəbər verir: Növbəti seçkilərdə... – ŞƏRH

Ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CHP sədri Özgür Özəllə görüşüb. Bu həftə Özgür Özəl MHP sədri Dövlət Baxçalı ilə də görüşdü.

Sizcə, bu görüşlər Türkiyədə iqtidar-müxalifət arasındakı buzları əridə biləcəkmi? CHP-nin son bələdiyyə seçkilərindəki üstünlüyü növbəti prezident seçkilərində hakimiyyət dəyişikliyinə səbəb ola bilərmi?

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Turkustan.az-ın suallarını cavablandırıb.

Elxan

Politoloq bildirib ki, “Türkiyədə bələdiyyə seçkilərində CHP-nin qələbəsi çoxları üçün sürpriz oldu. Çünki CHP-nin keçmiş başqanı Kamal Kılıçdaroğlu 10 ildən çox hakimiyyətdə olsa da, uğur qazana bilmədi. Amma Özgür Özəl cəmi 5-6 ay əvvəl partiya qurultayında başqan seçildi və uğur qazandı. O, bələdiyyədə hakim partiyanı məğlub etdi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan istər-istəməz bu amillə hesablaşmaq məcburiyyətində qaldı. Bundan başqa, Özgür Özəl Kamal Kılıçdaroğlundan fərqlidir. Kamal Kılıçdaroğlu bir qədər sərt və kəskin ritorika ilə mübarizə aparırdısa, Özgür Özəl bir qədər yumşaq siyasətin tərəfdarıdır. Bütövlükdə Türkiyədə atmosferi yumşaltmaq lazımdır. Müxalifət təbii ki, öz rolunu oynamalıdır. Ona görə də Ərdoğanın görüşünə müsbət reaksiya verib. Baxmayaraq ki, Kamal Kılıçdaroğlu görüş üçün bu təklifi tənqid etdi. O, bildirib ki, “müxalifət müzakirə etmir, mübarizə aparır”. Amma dövlət maraqları belə bir görüşün keçirilməsi zərurətini diktə etdi”.

Politoloq əlavə olaraq bildirib ki, “hiss olunur ki, Özgür Özəl cəmiyyətdən böyük dəstək alır. Bəzən deyirlər ki, Əkrəm İmamoğlu Türkiyənin 28-ci prezidenti olmaq üçün daha real namizəd ola bilərdi. Amma Əkrəm İmamoğlunun reytinqinin yüksək olmasına baxmayaraq, Özgür Özəl də uğurlu kariyerasını davam etdirərək prezident seçkilərində müxalifətin vahid lider ola bilər”.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla